www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Bəhram Bağırzadə "Bakı milyonçuları və mesenatları" adlı yeni kitabını balaca oxucularına, eləcə də onların hörmətli valideynlərinə təqdim edir! Müəllif bu kitabı Bakını əsl Avropa şəhərinə çevirən Bakı milyonçularının və xeyriyyəçilərinin xatirəsinə həsr edib. Onlar öz bilikləri, istedadları və heyrətamiz zəhmətləri sayəsində inanılmaz uğurlar qazanmışdılar, hərçənd ki, həyatlarının əvvəlində onların çoxu sadə işçilər idi və bir gün varlanacaqlarını, milyonçu olacaqlarını ağıllarına belə gətirməmişdilər. Amma onların əsas xidmətləri ondadır ki, onlar Azərbaycanın bütün sahələrinin inkişafına çox böyük vəsaitlər qoyublar və hər biri öz xalqı üçün çox lazımlı və faydalı işlər görüblər.
İkinci Qarabağ müharibəsi göstərdi kimi, ölkəmizin əsgər, qazi, qəhrəman şəhidlərimizin ailələrinə yardım edən belə himayədarlara ehtiyacı var idi. Xalqımız arasında milyonçular, xeyriyyəçilər həmişə olub. Allahın izni ilə, gələcək nəsil azərbaycanlılar öz qürur kitablarını yazacaqlar, bunun sayəsində Azərbaycanın XXI əsrdə gözəl oğul və qızlarının super maraqlı həyat hekayələri danışılacaq!
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər