– Arzula, Oliviya, arzula. Həyat arzusuz, hədəfsiz yaşamaq üçün çox qısadır.
– Bəs bayaq bu restoranda ilişib-qaldım deyən sən deyildin? – Onlar bir-birinə baxıb gülümsədilər.
Krakovun mərkəzində yerləşən məşhur restoranın zirzəmisində Cozef adlı kimsəsiz bir oğlan yaşayır. Anası onu çoxdan tərk edib, əyyaş atası da evlərinin qapısını birdəfəlik Cozefin üzünə bağlayıb. O, ofisiant işlədiyi restoranın qaranlıq və soyuq zirzəmisinə sığınıb. Yatmağa yeri və yeməyə çörəyi olsa da, Cozef bu səfil həyatdan qurtulmaq üçün heç bir işıq ucu görmür. Həyatdakı tək təsəllisi restoran sahibinin qızı Oliviya ilə aralarında yaranan səmimi dostluqdur, lakin tezliklə bunu da itirir. Oliviya ondan uzaqlaşandan sonra bədbinliyə qapılan Cozef hər şeyin bitdiyini düşündüyü an zirzəmidə kiçik bir baramaqurdu görür. Baramadan çıxan şikəst kəpənək onun taleyini necə dəyişəcək? Cozef itirdiyi doğmalarını, dostunu, ümidlərini yenidən qazana biləcəkmi? Baramaqurdu öz baramasını yarıb çıxdığı kimi o da öz qaranlığından sıyrılıb yeni, işıqlı dünyaya göz aça biləcəkmi?
Bu hekayə təkcə bir gəncin yoxsulluq və tənhalıqdan qurtulmaq cəhdlərindən deyil, həm də insanın öz zülmətini işığa çevirmək bacarığından bəhs edir.
ISBN:
9789952558425
Janr:
Roman
Nəşriyyat:
Qədim Qala
Cild:
Yumşaq
Müəllif:
Rövşən Abdullaoğlu
Səhifə sayı:
87
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Çox bəyəndim. Hər valideynin uşağına almalı olduğu bir kitab olduğunu düşünürəm. Hər zaman uşaqlara dediyimiz " oxumasan, əziyyət çəkəcəksən" ifadəsinin daha təsirli, mənalı şəkildə ifadə olunduğu bir kitabdır.
Bənzər məhsullar