Boris Pasternakın "Doktor Jivaqo" romanı XX əsr ədəbiyyatının şah əsərlərindən sayılır. Zamanında böyük qalmaqala səbəb olmuş bu tarixi-siyasi roman 1945-1955-ci illərdə qələmə alınıb. Romanda XX əsrin əvvəllərindən Böyük Vətən müharibəsinə qədərki dramatik və təlatümlü dövrün fonunda rus ziyalılarının həyatının dəqiq təsviri verilib. Müəllif Rusiyanın qanlı-qadalı tarixinə həkim-şair Jivaqonun şəxsi həyatı və ictimai faciəsi prizmasından yanaşmaqla ölüm və həyatın sirri, Rusiya tarixi, ziyalılar və inqilab, xristianlıq və yəhudilik problemləri kimi vacib məsələlərə toxunur. "Doktor Jivaqo" sovet dövləti tərəfindən süngü ilə qarşılanmışdı. Boris Pasternak əsərin əlyazmasını 1956-cı ildə yerli nəşrlərə təqdim etsə də, hamısından rədd cavabı almışdı. Müəllif əsərin SSRİ-də çapına inamını itirəndən sonra onu italiyalı jurnalist Sercio D`Ancelo vasitəsilə Cancakomo Feltrinelli adlı italyan naşirə ötürüb.
Janr:
Klassiklər
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Boris Pasternak
Səhifə sayı:
527
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar