Cəmşid Əmirovun müəllifi olduğu "Brilyant məsələsi" romanı Azərbaycan ədəbiyyatında detektiv roman janrının əsasını qoymuşdur.
Müharibədən sonrakı Bakı həyatında hər şey var: narkotik, qumar, oğurluq, quldurluq, zorlama, qətl... Bütün bunları yaxşı təşkilatlanmış cinayətkar dəstə həyata keçirir. Onların başında dayanan Tapança Yədulla qorxunc olduğu qədər də maraqlı bir tipajdır.
Cinayət işini araşdıran Əli Həsənovla Yədullanın köhnə tanışlıqları həqiqətin üzə çıxmasına necə əngəl törədir? Kitab bu iki parlaq obrazın şəxsində ədalətlə cinayətin savaşına həsr olunub. Bəs qalib kimdir?
Əsərin baş qəhramanı olan hər iki cinayətkar - qumarbaz Yədulla və oğru Zerkola Klara obrazları real həyatdan götürülmüşdür.
Online sifariş prosesi çox asandır və kitabım vaxtında çatdı. Çox razı qaldım.
İbrahim Abbasov
Mükəmməl bir əsərdir. Sonda ortaya çıxan həqiqət məni çox təəccübləndirdi. Hər anı həyəcanla dolu idi.
Ramin
Bu kitabın hadisə axışı və sürprizləri məni məftun etdi. İnsanı hər səhifədə daha da həyəcanlandıran bir əsərdir.
Yusif Zeynalov
Süjet çox yaxşı qurulmuşdu. Hər anını maraqla oxudum və nəticə tamamilə gözlənilməz idi.
Kamal
Bu əsər detektiv janrının şah əsərlərindən biridir. Hadisələrin inkişafı çox maraqlı və gözlənilməz idi.
Adil K.
Detektiv romanları məni hər zaman düşündürür və təfərrüatlı araşdırmaların qarşısındakı gizli həyatı açığa çıxarmağa kömək edir.
Selcan Əkbərli
Bu detektiv kitab məni tamamilə səhifələrinə bağladı. Intrikalı xəbərlər, müxtəlif qarışıqlıq və gizliliklər ilə dolu, bu kitabı hər bir detektiv janrının sevənə tövsiyə edirəm.
Ramin Ə.
Düzü kitabı sifariş edəndə bir az tərəddüdlü idim, amma oxumağa başlayanda dedim ki, yox yaxşı ki, almışam. Həqiqətən çox maraqlı əsərdir.
Ömər
Detektiv kitabını oxumağa başlayanda, kitabın dünyasına daldım. Intriqa, gizliyyətlər, məni dərhal təsiri altına saldı, kitabı bütün gün oxudum.
Hamil
Müstəqil düşünmək üçün ən yaxşı yol, bir çox detektiv kitabını oxumaqdır. Zehni iti edir, həm də intellektual inkişafı təmin edir.
Mürvət
''Brilyant məsələsi'' filmini izləmişdim. Indi isə kitabını oxuyuram. Mənim fikrimcə filimdə senarist əsəri kitabda olduğu qədər təsirli çatdıra bilməyib. Müəllif kitabını elə maraqlı yazıb ki, nəfəs almadan oxuyuram. Dedektiv janrının şah əsəridir, əla.👍👍👍👍👍