Charles Dickens-in 1860-1861-ci illərdə həftəlik qəzetdə serial-roman kimi çap olunmuş “Böyük Ümidlər” əsəri Pip adlı bir gəncin dövlət və şöhrətə gedən həyat yolundan bəhs edir. Romanın qəhrəmanı gələcəyə böyük ümidlərlə baxsa da, ümidləri boşa çıxır, çünki o, acizanə şəkildə taleyinə təslim olur. Romanı oxuyarkən XIX əsrin sənaye İngiltərəsinin acınacaqlı həyatı ilə də tanış ola biləcəksiniz. Əsərin ilkin versiyasında roman qəmgin sonluqla bitsə də, müəllif oxucuların xatirinə ona son bir cümlə əlavə edərək xoşbəxt notlara kökləyir. Bu isə dövrün bir çox yazıçılarının qınağına səbəb olur.
ISBN:
9789952367515
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Çarlz Dikkens
Səhifə sayı:
544
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 4
Çox maraqlıdır
Əsərin baş qəhrəmanı olan Pip adlı gəncin var -dövlət, şan-şohrət ümüdi ilə yaşmamağı amma somda bütün ümüdlərinin puç olması biraz təsirləndirdi məni. Amma kitabın son səhifələrində yazar cəmi bir cümlə ilə əsərin sonunu pozitiv sonlandırır. Özünüz oxusanız nə demək istədiyimi anlayacaqsınız
Çox sevdiyim bir yazıçının kitabı idi. Çox bəyəndim
Dikkensden coxdandir ki yeni kitab gozleyirdim. cox gozel
Bənzər məhsullar
Bununla birlikdə alırlar