Şirkət sahibi olan, yaraşıqlı, saysız-hesabsız qızlarla əylənən Brayan Verner cənnətin olduğu planetə səfər edir. İndiyədək onun sahib olmadığı bircə şey var - aşiq olmaq.
Kosmosa səfərə yollanan Brayanın gəmisinin yerlə əlaqəsi kəsilir Yerə bənzər planetə doğru gedir. Məlum olur ki, ora "cənnət"dir.
Hadisələr də bundan sonra başlayır. Brayan cənnətdə Mitra adlı gözəl bir qızla rastlaşır, ona aşiq olur. Ancaq
birlikdə yaşamaları mümkün deyil. Çünki Brayan fani, Mitra isə baqidir... Brayan İzədi (Allahı) görmək istəyir. İzəd onun
görüşünə gəlir və Yer üzündəki haqsızlıqları göstərir. Brayan Mitraya qovuşmaq üçün Yerə dönməli, üzərinə düşən vəzifələri
yerinə yetirməlidir. Lakin Yerə dönüş Brayanın dərin depressiyaya salır. Elə bu vaxt Mitranın səsi eşidilir...