"Bəzən bir əsərdə Parisin bir uydurma küçəsindən bəhs edilər və həmin küçə o şəhərin xəritəsində olmasa belə, biz o şəhəri həmin küçəsilə daha çox sevərik. İstedadlı yazıçı Günel Eminlinin kəşf elədiyi bir küçə var: "Hay-haraylı dilənçi küçəsi ". Nə "google-map”də tapa bilərsiz o küçəni, nə Bakının hər hansı başqa xəritəsində. Amma siz o küçədə həmişə gördüyünüz həqiqətlərə bir başqa nəzərlə baxacaqsız. "Ana kimdir?” sualının əsrarəngiz cavabını alacaqsız. Günel Eminlinin ilk kitabında çoxlu böyük sualların adi görünən dərin cavabları var. O deyir ki, uşaqlıq-cənnətdir, biz sözü yox, söz bizi seçəndə maraqlı olur, azadlıq-xoşbəxtlikdir. Onun hekayələri esselər qədər düşündürür, esseləri isə hekayələr qədər diridir, mütəhərrikdir."
ISBN:
9789952547948
Janr:
Roman
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Günel Eminli
Səhifə sayı:
160
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Kitab mənə həyat haqqında çox şey öyrətdi. Oxuduğum üçün çox məmnunam.
Bənzər məhsullar