Xalq yazıçısı Mövlud Süleymanlının «Dəyirman» povesti buxovlar içində yaşamağa məhkum olan insanın axtardığı və sonucda tapa bilmədiyi «çıxış yolları»nı ifadə edir. Əsərin yarandığı dövrdə təkcə qəhrəmanları yox, elə müəllifin özü də çıxılmazda imiş... Məhkəməsi qurulan «Dəyirman»un yox, həqiqəti «üyütdüyünə» görə keşməkeşli yollardan keçib. Müəllifə – əsərin ardını yaz – deyənlər ondan daha işıqlı və çağdaş şünasların xoşuna gələcək mətn gözləyiblər... Amma təbiətə qarşı getmək olmaz. «Dəyirman»ın ardı elə öz ideyasının tamamı kimi meydana gəlib və əsər öz taleyini yaşamaqdadır...
Məhsulun kodu:9789952385557
Janr:
Povest
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mövlud Süleymanlı
Səhifə sayı:
176
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər8
Mövlud Süleymanlı oxuyarkən necə zəngin dilə malik olduğumuzu bir daha anlayıram. Əsər təmiz Azərbaycan dilində yazılıb. Hər sözün qramatik vurğusuna diqqət yetirilib.
Üz qabığı çoxda nazik kağızdan deyil. Vərəqləridə möhkəm yapışdırıblar biri-birinə. Almağıma dəydi. İnşallah oxuduqdan sonra da bu fikirdə qalaram.
Bizim evde qardasim oxuyurdu. Menede meslehet gordu. Vaxtimi ayirib oxumagima deydi. Cox maraqli povestdir.
Online alış-veriş etmək indi daha rahatdır. Həmdə sizə güvənirəm.
Təşəkkür edirəm, göstərdiyiniz xidmətə görə təşəkkür edirəm.
Xalq yazıçısı Mövlud Süleymanlının qələminə hələ gənc yaşlarımdan böyük reğbətim olub. ''Dəyirman'' povestini o zamanlar kitabxanadan tapıb oxuyurdum. Indi saytınızda görəndə sifariş etdim ki, kitab refimdə olsun yenidən oxuyum.
Xalq yazıçısı Mövlud Süleymanlının qələminə hələ gənc yaşlarımdan böyük reğbətim olub. ''Dəyirman'' povestini o zamanlar kitabxanadan tapıb oxuyurdum. Indi saytınızda görəndə sifariş etdim ki, kitab refimdə olsun yenidən oxuyum.
Səbrsizliklə gözləyirəm.İndidən sifariş etdim ki, satışa çıxan kimi birinci oxuyan mən olum.Məncə cox maraqlı əsərdir.
şərhlər8