Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib. Əksər avropa ölkələrində ƏSRİN ROMANI kimi dəyərləndirilib.
Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.
Tarixin təlatümlü hadisələri fonunda Müsəlman Əli və Xristian Ninonun məhəbbət hekayəsi heç bir oxucunu laqeyd qoymayacaq.
"Cəlbedici və gözəl tarixdir... Canlı baxış, mədəniyyətlərin toqquşması və ölməz məhəbbət" The Times
"Ölməz şedevr... Bədii ədəbiyyatda buna oxşar heç bir məhəbbət tarixiniz xatırlaya bilmirəm". The Washington Post
Əli və Nino kitabını oxumaq mənə sevginin və fədakarlığın nə olduğunu göstərdi. Möhtəşəm bir əsərdir.
Sevinc Şahmalıyeva
21.06.2024 в 14:30
Əli və Nini kitab evindən Qurban Səidin ölməz əsəri olan “Əli və Nino” kitabını sifariş verdim. İlk dəfə oxumuş olacam bu əsəri. Hələki oxumamışam. Amma sizə onu deyim ki, kitabın qiyməti çox münasib idi. Axtardığım bütün digər kitabları da burada ucuz qiymətə gördüm. İnşallah onlarıda sifariş verəcəyəm.
Əsmər
05.06.2024 в 21:36
Əli və Nino romanının hər səhifəsi məni həyəcanlandırdı. Hekayə çox romantik və düşündürücü idi. Oxumaqdan böyük zövq aldım. Tarixi hadisələri də özündə əks etdirməsi mənə çox təsir etdi.
K. Aybəniz
07.04.2024 в 15:38
Sevgi romanı demək, bu əsəri tanımlamaq üçün kifayət deyil. Bu, sevgi ilə dolu bir təcrübə idi.
Şəhla
28.03.2024 в 16:24
Bu romanı bitirdikdə təsadüfən, yaşadığım romantik hisslərlə dolu oldum. Gözəl bir əsərdir! Hər kəsə oxumağı tövsiyə edirəmb!.
Əzizə
27.03.2024 в 21:47
Əli və Nino romanının bu cildini oxumuşam mən. Amma bacım və rəfiqəm digər cildlərdə olanını oxuyublar. Roman özü hər dildə maraqlıdır. Kitablarında hər cildi uğurlu alınıb. Üz qabığı, tərtibadı əladır. Hiss olunurki, böyük əməyin nəticədidir.
M. Aydan
21.03.2024 в 09:01
Bu kitabı oxuyarkən həqiqətən zamanı unutdum. Hekayə o qədər çox mənə yaxın gəldi ki, özümü orada tapdım. Mənə həyatımda böyük bir təsir qoydu. Çox gözəl!"
Aida
09.02.2024 в 15:49
Çoxdan oxumuşdum bu əsəri amma özümdə yox idi kitab. Yenidən oxumaq üçün sifariş etdim. Hər kəsin kitab rəfində olmalı kitabdır. Hər kəsə tövsiyə edirəm.
Aziz
22.10.2023 в 15:26
Azərbaycan ədəbiyyatının ən böyük romanı.
Rafael Osmanov
29.04.2021 в 00:08
Salam. Bildiyim qədəri ilə bu əsərin Azərbaycan dilinə popular olan iki tərcüməsi var: Vəzirov qardaşlarının (türkcədən) və Mirzə Xəzərin (almancadan). Bu kitab kimin tərcüməsidir? Əvvəlcədən təşəkkürlər.
Əli
17.03.2021 в 11:57
Bir-birinə könül bağlayan 2 gəncin qovuşmaq üçün heç bir məhdudiyyətə boyun əymədiklərini göstərən möhtəşəm romantik kitablardan. Kimisə həddindən çox sevdiyinizi və dəyər verdiyinizi düşünürsünüzsə bu kitabı oxuduqdan sonra bu barədə bir də düşünməli olacaqsınız.
Дарья
25.11.2020 в 14:44
Добрый день, могли бы Вы подсказать, эта книга на азербайджанском или на турецком языке? Спасибо!!!