Kitabdakı hekayələrin hər biri Allahın doxsan doqquz adından birini uşaqlara sevəcəkləri şəkildə izah edir. Hər bir hekayədə canlı varlıqların personajları verilməklə, onların sərgüzəştləri, rastlaşdıqları hadisələr, həyat tərzləri vasitəsilə adın mənası uşaqlara aydın şəkildə çatdırılmışdır.
Hər hekayənin sonunda öyrədilən əsmaül hüsnaya aid şeir verilmişdir.
Kitabda hər bir adın mənası, həmin ad haqqında Qurani — Kərimdə bəhs edilən ayə və onun tərcüməsi verilmişdir. Hər bir ad ilə bağlı olan şükür və dua yazılmışdır. Həmçinin, hər bir adın məzmununun və mənasının başa düşülməsinə əmin olmaq üçün suallar verilmişdir.
99 sayda Əsmaül Hüsna olduğu üçün kitabda 99 hekayə, ayə yer almaqdadır.