Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dahi yazıçı bu dəfə özünü yazır, öz həyat yolunu yanlışları ilə, doğruları ilə birgə oxucularla bölüşür. Həyatda məna axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu bu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabda Tolstoy eyni zamanda bir filosof kimi çıxış edir, o, həyatı, varlığı sorğulayır, elmi-fəlsəfi dəlillərə baş vurur, “ölümsüzlük” üçün bir işıq ucu axtarır. Beş il bundan əvvəl məndə çox qəribə şeylər başladı: əvvəlcə bir neçə dəqiqəliyinə çaşqınlığa düşürdüm – sanki həyat dayanır, necə yaşamalı olduğumu, nə edəcəyimi bilmir, özümü itirib ümidsizliyə qapılırdım... Belə anlarda həyat durarkən həmişə eyni suallar peyda olurdu: Nə üçün? Yaxşı, bəs sonra? Həyatım dayanmışdı... Görürdüm ki, qarşıda ölümdən başqa heç nə yoxdur... Bəs bu qədər çalışıb-əlləşmək niyə? Necə olur ki, insan bunu görmədən yaşayır? – heyrət ediləsidir!... Bax bu, əsl dəhşət idi... Sakitcə ölümü gözləyə bilmirdim... Mümkün qədər tez boynuma kəndir keçirib, yaxud özümü güllə ilə vurub ondan xilas olmağa çalışırdım...
ISBN:
9789952525373
Janr:
Klassika
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Lev Tolstoy
Səhifə sayı:
136
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar