Bütün dünyada bestseller olan "Gen" kitabı hazırki dövren ən vacib elmi hesab edilən genetika haqda olduqca maraqlı hekayətdir.
Bir insanı digərindən fərqləndirən ən mühüm cəhət nədir?
Əlbəttə, genlər. Bu kitabında Mukerci bu vacib və populyar mövzuya tamamilə yeni yanaşma sərgiləyir, onu gündəlik həyatımızla bağlamağa və gen haqqında ən mürəkkəb suallara cavab verməyə çalışır.
Gen kiçik, amma çox güclü mexanizmdir. Genlər nəinki uşaq və böyüklərin xarici görkəmini, vərdiş və zövqlərini müəyyən edir, eyni zamanda bir orqanizmin yaxalana biləcəyi ən təhlükəli xəstəliklərə dair əvvəlcədən fikir yürütməyə də imkan verir.
“Gen” kitabı etyni zamanda, irsiyyət və genlərin həyat yolumuza təsiri haqqında gözəl bir hekayədir. Bəşəriyyətin gələcəyi ilə maraqlanan hər kəsin diqqətini çəkən əsəridir. Kitabda bəşəriyyətin gələcəyi ilə maraqlanan hər kəsin diqqətini çəkəcək xeyli nüans var.