Həyat çox gözəl ola bilər: aşiq olursunuz, istədiyiniz işə düzəlirsiniz, maraqlı səyahətə yollanırsınız. Lakin həyat çətin də ola bilər: sevdiyiniz insan xəyanət edir, yaxın insanınızı itirirsiniz, hesabları ödəyə bilmirsiniz. Belə anlarda insana həqiqi dostun müdrik məsləhətləri və dəstəyi lazım olur. “The Rumpus” adlı internet nəşrin Şəkər (Sugar) ləqəbli anonim icmalçısı yüz minlərlə insana bu cür dostu əvəz etdi. Əslində, o, “Vəhşi: Özünü tapmaq üçün təhlükəli səyahət” adlı bestselleri müəllifi Şeril Streyddir. Qadınlar və kişilər həyatın ağır anlarında real dərdləri ilə Şəkərə müraciət edib başqa heç kimlə bölüşə bilmədikləri gizli sirlərini ona yazırdılar. O isə onlara şəxsi həyatından özünü ümidsiz, bitkin hiss etdiyi zamanlar və bu vəziyyətdən necə çıxdığı barədə əhvalatlar danışırdı. “Gözəl xırdalıqlar” Şəkərin ən yaxşı məsləhətlərinin toplusudur. Yumor, müdriklik, mərhəmət və tam doğruluqla dolu olan bu kitab həyatın qarşımıza çıxardığı bütün sürprizlərin əlacıdır.
Janr:
Şəxsi inkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Şeril Streyd
Səhifə sayı:
488
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar