Gənc və yaraşıqlı bir gəncin mazoxizm ağrısı ilə rənglənmiş dünyası...
Bu ağrıdan alınan həzz, ölümə yaxınlaşdıqca hiss edilən məmnunluq...
• Yaşlı, yekəqarın bir iş adamının şəhərətrafı ərazilərdə orta yaşlı papaqlı kişilərin axtardığı cinsi üstünlüklər...
• Bir qadının ruhunu parçalayan üç nəsil fahişəlik...
Dr. Gülseren Budaıcıoğlu "Günahın üç rəngi" kitabında insan adlı möhtəşəm və mürəkkəb məxluqun həqiqi həyat hekayələrini təqdim edir. Bəzən dəhşətə gətirən, bəzən isə kədərləndirən...
ISBN:
9789952384789
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Gülsərən Budayıcıoğlu
Səhifə sayı:
336
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 17
Əsmər Babayeva
11.08.2024 в 22:38
Əsəri oxumaq mənim üçün böyük bir zövq idi. Müəllifin dili çox zəngin və axıcıdır. Təşəkkürlər.
Nazlı İsayeva
24.07.2024 в 22:25
Romandakı hadisələr və personajlar çox real və təsirlidir. Hekayə məni başdan sona qədər cəlb etdi.
Sevil
12.06.2024 в 21:24
Çox təsirli və düşündürücü kitabdır. Oxumağa dəyər.
Yasəmən Azadova
18.02.2024 в 18:39
Kitabı oxuduqca müxtəlif hisslər yaşadım. Gülsərən xanım bu həyatın bütün üzlərini bizə göstərməyə çalışdı.
Etibar
14.01.2024 в 22:15
Budayıcıoğlunun əsərləri personajların psixoloji inkişafına diqqət yetirərək emosional və zehni dərinlik təqdim edir.
Hülya
09.01.2024 в 21:49
Möhtəşəm bir əsərdir 👍.
Büşra
21.12.2023 в 07:08
Roman psixoloji dərinliyə və xarakter fokusuna malikdir. Kitab insan münasibətlərinə, daxili münaqişələrə və şəxsi inkişafa diqqət yetirsə də, əsas personajların emosional səyahətindən təsirli şəkildə bəhs edir. Budayıcıoğlu əsərində insan təbiətinin mürəkkəbliklərini araşdırarkən, oxucuya dərindən düşündürücü bir təcrübə təqdim edir.
Hüsniyyə
01.12.2023 в 00:31
Online sifariş etmək olduqca rahatdır. Çatdirilmaniz da əladır.
Zülfiyyə
09.11.2023 в 11:25
Mən Gülsərən Budayıcıoğlu "pəncəeədəki qız" əsəri ilə tanıdım. O kitabını oxuyandan sora Güsərən xanımın yazılaraına heyran qalmışam. Türk ədəbiyyatının ən güclü yazarlarından biridir xanım. Bu kitabıda sırf müəllifi Budayıcıoğlu olduğu üçun alıb oxudum. Yanılmamışam bu əsəridə möhtəşəmdir
Hüseyn
08.11.2023 в 22:49
Əsərləri insan psixologiyası, emosional zəka və sosial məsələlərlə maraqlanan oxucular üçün maraqlı və düşündürücü mütaliə təcrübəsi təqdim edir.
Zahidə
02.11.2023 в 15:36
Gülsərən Budayıcıoğlu imzası öz sözünü deyirdə. Çox maraqlı romandı. Bir gecədə oxuyub sonunu bilmək istədim.
Şəlalə
30.10.2023 в 14:04
Gülseren Budayıcıoğlu, Türkiyənin tanınmış və sevilən yazıçılardan biridir. Psixoloji romanlar müəllifi kimi tanınır. Bütün əsərlərini təkrar təkrar oxumuşam və hər kəsə şiddətlə tövsiyə edirəm.
Əminə
19.10.2023 в 22:44
Superdir.
Vahid
13.05.2023 в 20:47
Üç fərqli insan həyatı,inanılmaz mükəmməl formada təsvir olunub.Cox təsirli,dərin cümlələrlə yazılıb.Oxuduqca təsirlənməmək əlimdə deyil.Oxumaqda fayda var
Elşən Xəlilov
12.05.2023 в 16:54
Oxuduqca çox duygulandim.Olduqca təsirli əsərdir.Bu fərqli əsəri mən çox sevdim
Mehriban
10.05.2023 в 19:41
Bir-birindən fərqli üç həyat hekayəsi oxudum.Bəzən kədərləndim,doldum.Həyat hekayələri çox axıcı və sadə bir dildə yazılıb.O qədər mənə maraqlı gəldi ki, qısa vaxtda kitabı bitirdim.
Xatun Nəbiyeva
09.05.2023 в 19:11
Gülsərən Budayıcıoğlunun iki kitabını oxumuşam.Cox bəyənmişəm.Bu kitabıda sevərək oxuyacagimdan əminəm.Əlimə alan kimi oxumağa başladım.Elə ilk səhifələrindən məni heyran etdi,məni çox təsirləndirdi