Dünyada psixiatriya ilə ədəbiyyatın bir-birinə qarışdığı bir çox nümunəyə rast gəlmək mümkündür. Lakin hər bir cəmiyyətin öz normaları olduğu kimi, psixiatrik halların müxtəlifliyi və həlli yolları da buna uyğun formalaşır. Çünki fərdin daxili aləmini istiqamətləndirən əslində onun sosial mühitidir, yəni cəmiyyətdir. Gülsərən Budayıcıoğlunun yazdığı “Medalyonun İçi” əsəri türk cəmiyyətində yetişən müxtəlif şəxsiyyətlərdən və onların daxili dünyasından ən diqqətçəkən şəkildə bəhs edir. Bu kitab küçədə yanından keçdiyiniz adi insanın belə daxili aləminə işıq salır. Beləliklə, özünüzü "Medalyonun İçi"ndə tapmağa hazırlaşın!
ISBN:
9789952383294
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Gülsərən Budayıcıoğlu
Səhifə sayı:
488
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 13
Bu mağazadan ilk dəfə sifariş etdim və çox razı qaldım. Kitabım vaxtında gəldi, hər şey əla idi. Kitabı da dərhal oxumağa başladım, elə ilk səhifələrindən məni özünə çəkdi. 👍👍👍👍
Online alış-verişdən çox məmnunam. Kitabım sürətli çatdırıldı və qiymətlər də çox münasibdir.
Hər bir əməkdaşınıza təşəkkür edirəm. Kitabda olduqca maraqlıdır.
Əla 😍😍😍👍👍👍❤️❤️❤️
Gülsərən xanımın kitablarını çox bəyənirəm. Hər biri mükəmməldir.
Qadın personajların güclənməsi və öz şəxsiyyətlərini tapması çox vaxt müəllifin əsərlərində mühüm mövzu ola bilər.
Çoox xoşuma gəldi
Onun kitabları oxuculara empatiya, insan münasibətlərini anlamaq və insani dəyərlərə hörmətlə bağlı dərin düşüncələr aşılayır. Budayıcıoğlunun əsərləri məni tez-tez emosional və intellektual cəhətdən təsirli bir səyahətə çıxarır.
Gülseren Budayıcıoğlunun bütün kitabları həvəslə oxuyuram, həmçinin filmlərini də izləyirəm 📖👍😍🤗
O, psixiatr kimi tibb sahəsində mütəxəssis idi və bu tibbi biliklər onun yaradıcılığında dərindən yer alır. Bu da əsərləri daha oxunaqlı hala gətirir.
Gülsərən xanımın kitablarını oxumaqdan böyük zövq alıram. Hər biri həyatdan götürülmüş ayrı-ayrı hekayələrdir. Oxuduqca təsirlənirəm, bəzən isə kövrəlirəm. Oxumağa dəyər.
Fərqli həyat hekayələri oxuyuram.Hamisi da ayrı-ayrı insanlar.Amma nə qədər də ayrı olsada mənə elə gəlir ki,bu həyatda bizi birləşdirən müəyyən anlar var.Cox təsirləndim
Bu gün aldım kitabı.Alan kimi də oxumağa başladım.Qeyri-adi aurası var kitabın,oxuduqca oxumaq istədim.Əlimdən qoya bilmirəm kitabı.Belə gedişlə çox qısa vaxtda bitirəcəm.Movzusu isə çox dərindir.Bəlkə də mənə ona görə bu qədər təsir etdi ki,kitabda özümü gördüm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar