Azad ruhlu Heklberri Finn evdən və ona zorla qəbul etdirilən “mədəni” həyatdan qaçır. Onun yol yoldaşı isə azadlığa can atan Cimdir. Bu iki qəhrəmanın sal üzərində başlayan Missisipi çayı boyunca təhlükəli, gülməli, kədərli və düşündürücü səyahəti təkcə macəra deyil, həm də vicdan, dostluq, azadlıq və insan ləyaqəti haqqında güclü hekayətdir.
İlk baxışda sadə görünən bu roman, əslində, azadlığın nə demək olduğunu, insanın doğru ilə yanlış arasında necə seçim etdiyini və dostluğun bəzən bütün qanunlardan üstün ola bildiyini göstərir. Məhz buna görə “Heklberri Finnin macəraları” həm də böyüklər üçün dərin mənəvi seçimlər kitabıdır. Zənci Cim obrazının romanda yer alması müəllifin irqi ayrı-seçkiliyə etirazıdır ki, bu da əsəri ictimai məzmunlu roman səviyyəsinə qaldırıb. “Tom Soyyerin macəraları”nın davamı kimi işlənmiş “Heklberri Finnin macəraları” 60-a yaxın dilə tərcümə olunub, 700-dən artıq nəşri mövcuddur. Həmçinin audioformat, elektron kitab, səhnə və ekran variantları ilə geniş yayılıb.
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mark Tven
Səhifə sayı:
384
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar