Molla Vəli Vidadinin 18-ci əsr Azərbaycan poeziyasında xüsusi yeri vardır. Onun qoşmaları, qəzəlləri, müxəmməsləri öz bədii dəyəri ilə seçilir. Şairin yaradıcılığı üç əsrdən artıqdır ki, milli ədəbiyyatımızın klassikası səviyyəsinə yüksələrək yaşayır. Vidadi öz savadı, dünyagörüşü və nümunəvi həyat tərzi ilə dövrünün ziyalılarına örnək olub. Başqa bir klassik şairimizin – Molla Pənah Vaqifin yaxın dostu olan Vidadi həm də onunla yazışmış, deyişmişdir. “Qanun” nəşriyyatı “Azərbaycan poeziyasından seçmə şeirlər” layihəsində Vidadinin şeirlərini təqdim edir. Kitabın oxucu ruhunu oxşayacağına inanırıq.
Məhsulun kodu:9789952385267
Janr:
Poeziya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Molla Vəli Vidadi
Səhifə sayı:
120
Dil:
Azərbaycan
Seriya:
Azərbaycan poeziyası
şərhlər4
Paketləmə çox yaxşı idi və kitabım tam olaraq gözlədiyim kimi gəldi. Qəti əzilməmişdi. Əllərinizə sağlıq!
Qızim bilirki mən Azərbaycan poeziyasına nə qədər düşgünəm. Bu kitabı o, bağışlayıb mənə. Yorğun iş günündən sonra gecələr oxuyuram bu kitabı. Dincəldir məni
Sifarişim çox tez çatdırıldı və mən çox məmnun qaldım. Təşəkkür edirəm!
Onlayn kitab sifarişi vermək mənim üçün ilk oldu, amma təcrübəm çox yaxşı oldu. Sifarişim təxminən vaxtında çatdırıldı və paketlənməsi də çox düzgündü.
şərhlər4