Ana olmağa hazırlaşan hər bir qadın düzgün qidalanmağa çalışır. Çünki düzgün qidalanma həm özünün, həm də dünyaya gələcək körpəsinin sağlamlığı üçün çox vacibdir. Bu mənada, Annabel Karmelin “İkimiz üçün yeməliyəm” adlı kitabı hamiləlik zamanı və doğuşdan sonra sağlam və dadlı yeməklər hazırlamaqda sizin əvəzedilməz köməkçiniz olacaq. Hamiləlik zamanı düzgün qidalanma körpənin sağlamlığı üçün ən vacib şərtlərdən biridir. Bu kitabda kulinariya üzrə tanınmış müəllif Annabel Karmel və sağlam qidalanma üzrə mütəxəssis Fiona Hinton sizə hamiləliyinizin hər bir mərhələsinə uyğun gərəkli məsləhətlər və uyğun yemək reseptləri təqdim edir: * 90-dan çox ləzzətli yemək resepti; * vitamin və mineralların düzgün qəbulu üzrə tövsiyələr; * hamiləlik zamanı məsləhət görülməyən qidalar; * səhərlər yaranan ürəkbulanma, o cümlədən yuxusuzluq, qanazlığı və mədə qıcqırması ilə mübarizə üsulları; * körpəniz dünyaya gəlməzdən əvvəl sonra üçün hazırlayıb dondura biləcəyiniz yeməklərlə bağlı məsləhətlər. Annabelin məsləhətləri və 90-dan artıq sadə, lakin dəyərli yemək resepti ilə siz tam arxayın ola bilərsiniz ki, həm özünüz, həm də körpəniz ən sağlam və ən faydalı qidalarla bəslənəcəksiniz! Annabel Karmel işgüzar qadın olmaqla yanaşı, həm də üç uşaq anasıdır, 23 bestseller müəllifidir. Xidmətlərinə görə “Britaniya İmperiyası” ordeni ilə təltif edilib. ”Sağlam körpənin sağlam qidası” və “Doğulandan bir yaşınadək qidalanma” kitabları geniş oxucu kütləsi toplayıb. Müxtəlif dərgilər üçün ana və körpə, eləcə də valideyn-uşaq mövzularında mütəmadi olaraq məqalələr yazır.
ISBN:
9789952310795
Janr:
Tibb, sağlamlıq
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Annabel Karmel
Səhifə sayı:
192
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 9
Kitaba söz ola bilməz, çox xoşuma gəldi.
Ana olmağa hazırlaşan bacıma hədiyyə etmişəm. İndi hər gün maraqla oxuyur. Bəyəndiyini və çox önəmli məlumatların olduğunu deyir.
Sağlamlığımla bağlı suallarımın çoxuna bu kitabda cavab tapdım. Çox məlumatlı və faydalıdır.
Kitabı mənə hədiyyə ediblər və aldığım ən lazımlı hədiyyələrdən biridir desəm tam yeridir. İndi qidalanmama daha yaxşı nəzarət edirəm və xeyrini də görürəm. Hər bir anaya və ana olmağa hazırlaşan xanıma tövsiyə edirəm..
Ana olmağa hazırlaşan hər bir qadına tövsiyə edirəm. Mən oxumuşam çox faydasını görmüşəm. Sizə də tövsiyə edirəm.
Çox maraqlı və faydalı kitabdır. Dili də rahatdır. Hələ uzun zaman təkrar - təkrar oxuyacağım kitablardan biridir.
Ana olmağa hazırlaşıram. Bu kitabın mənə inalılmaz faydaları oldu. Oxuduqca görürəmki, sən demə gündəlik qidalanmamda nəqədər yalışlarım varimişm. Indi bu kitab sayəsində daha sağlam qidalanıram və özümü daha yüngül, rahat hiss edirəm.🤰💜📚
Həyatımın ən çətin və məsuliyyətli dövründə oxuduğum maraqlı kitablardan biri.Bilmədiyim çoxlu sayda məlumatları öyrəndim.Həmcinin maraqlı və faydalı reseptlərlə də zəngindir ❤️👍💕
Hamiləlik zamanı oxuduğum ən önəmli kitablardan biridir.Cox qiymətli və vacib məlumatlarla zəngin bir kitabdır.Hetta körpələrin bir yaşına qədər qidalanması haqqında da dəyərli məsləhətlər,reseptler verilib.
Bənzər məhsullar