www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
“İsanın İncili” hələlik ilk və yeganə əsərdir ki, Mark, Matfey, Luka və İoannın qələmindən çıxan kitablardan doğmur, onlarla paralel, yanaşı irəliləyir. Saramaqo öz oxucusuna əzbər bildiyimiz faktların növbəti təfsirini deyil, Tanrı Sözünün tarixçəsini minilliklərin ayrıcında Fələstində yaşamış və bu olayların bilavasitə iştirakçısı olmuş adam kimi təqdim edir; tamamilə müstəqil, heç bir mənbəyə ehkamçı münasibət bəsləmədən. Elə bu səbəbdən də yazıçının variantı kilsənin məqbul saydığı variantdan çox fərqlənir.
Yazıçının bu mövzuya müraciət etməsinin səbəbi elə İncilin özüdür. Bu müqəddəs kitab İsanın anadan olması ilə Tanrının rəsulu kimi tanınması arasında dərin və qaranlıq bir uçurum qoyur. Məhz bu uçurum Saramaqoda dünyaya adi insan kimi gəlmiş və ömrünün çox hissəsini adi insan kimi yaşamış kəsin insan mahiyyətini açmaq, insan həyatını araşdırmağa istək yaradır. Yazıçı təxəyyülü ateist dünyagörüşü ilə birləşib oxucunun gözləri qarşısında çox maraqlı mənzərələr açır.
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər