Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−20%

Kimyagər

Nəşriyyat: Qanun Nəşriyyatı
Müəllif: Paulo Coelho
Artikul: 2000923378499
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
7.92 AZN
9.90 AZN
Qənaət 1.98 AZN
Onlayna özəl qiymət

Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. kimyager Paulo Koelho koelyo

Mövcud deyil0
Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.
Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım.
Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.
ISBN:
2000923378499
Janr:
Müasir nəsr
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Paulo Coelho
Səhifə sayı:
216
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
300
Наличие товара:
есть в наличии
Məhsul haqqında rəylər 8
RO
Roma
05.12.2024 в 15:04

Kimyagər həyatımda oxuduğum ən ilhamverici kitabdır. Səhranın ortasında hər kəsin öz "Xəzinəsi"ni tapması mövzusu mənə çox təsir etdi. Xəyal gücü sərhədsiz olanlanların kitabıdır bu. Mütləq oxun!

JA
Jasmin
08.11.2024 в 16:01

Sifariş vermək çox rahat idi və kitabım vaxtında gəldi. Təşəkkürlər, Əli və Nino!

Bənövşə
19.10.2024 в 18:43
Kimyagər əsəri həqiqətən heyrətamiz idi. Obrazlar o qədər real təsvir olunmuşdu ki, sanki onları şəxsən tanıyırdım. Heyranlıqla oxudum.
ED
Ellada Dadaşova
23.09.2024 в 22:51
Möhtəşəm bir əsərdir ❤️.
FU
Fuad
16.09.2024 в 11:25
Əsərdə Santyaqo adlı gəncin simasında insanın seçdiyi yol, heç bir çətinliyə baxmadan bu yolla getməyin yaranışın qayəsi olması əks olunub.

Əsərdə, Şərq fəlsəfi fikrində qırmızı xətlə keçən “vəhdəti-vücud” dünyagörüşünün bədii təcəssümü kimi, insanın təbiətin bir parçası olduğu canlı boyalarla işlənilib. Heç nəyin təsadüf olmaması, hər hadisənin, sözün, uğur və uğursuzluğun bir əlamət olması romanın qayəsini təşkil edir. İnsan bu əlamətləri anlayarsa və Öz Yolunu davam etdirərsə kainatın ona məqsədinə çatmaqda yardım etməsi əminliyi İslam fəlsəfəsinin “nə baş verirsə, insanın xeyrinədir” tezisi ilə üst-üstə düşür.

Ümumiyyətlə, inam və inadla həqiqətə çatmağın mümkünlüyünü ifadə edən “Kimyagər”də Şərq dünyagörüşü və həyata yanaşması işlənilib.
5 / 5
5 ulduz 8 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 0
Bənzər məhsullar
7.99 AZN 9.99 AZN
Aldatma
ədəd
4.79 AZN 5.99 AZN
Rio-Pyedranın sahilində oturdum və ağladım
ədəd
7.99 AZN 9.99 AZN
Casus
ədəd