Klassik alman fəlsəfəsi müasir dövrün fəlsəfi fikrinə güclü təsiri olan bir cərəyandır. Bu dövrdə fəaliyyət göstərmiş filosoflar nə rasionalizmin, nə empirizmin, nə də maarifçiliyin həll edə bilmədiyi bir çox fəlsəfi və dünyagörüşünə aid problemləri yeni tərzdə ortaya qoydular. Onları ümumi ideoloji və nəzəri köklər, problemlərin ortaya qoyulması və həllində ardıcıllıq birləşdirir. XVIII əsrin sonlarından XIX əsrin 70-ci illərinə qədər olan dövr klassik fəlsəfənin inkişafının zirvəsi hesab olunur. Klassik alman fəlsəfəsi dünyanın
universal və əhatəli mənzərəsini yaratmaqla yanaşı, təbiət, cəmiyyət və idrak prosesi haqqında əsas biliklərini sistemləşdirə bilmişdi.
Azərbaycanda bu dövrü əhatə edəcək məlumatın az olmasını rəhbər tutub sözü gedən kitabın ərsəyə gəlməsinə çalışmışıq. Bu kitabda 2018- 2019-cu tədris
illərində Qərbi Kaspi Universitetində
aparılmış
mühazirələrin mətnləri, mövcud
azsaylı
ədəbiyyatlardan
müəyyən hissələr cəmlənmişdir.
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Çinarə Məhəmməd
Səhifə sayı:
208
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar