Pakistanın Lahor şəhəri. Saqqallı bir adam narahat
görünüşlü bir amerikalı ilə söhbət edir. Qaş qaraldıqca
onların danışığı heyrətamiz çalar alır və bizi Çingizin
Amerika xəyalının gerçəkləşməsi, Çingizi deyil, keçmişinin
nostalgiyasına qapılmağı seçən sevdiyi qadın, Çingizi
Amerikanı tərk edib Pakistana gətirən, amma burada
da ona rahatlıq verməyən identiklik dilemması ilə tanış
edir. Əsərin ən maraqlı cəhəti isə yazıçı Mohsin
Hamidin hər əsəri kimi “Könülsüz fundamentalist” romanı üçün
də seçdiyi özünəməxsus təhkiyə üslubudur.
ISBN:
9789952386721
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mohsin Hamid
Səhifə sayı:
168
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 10
Oxumağa başladığım an məni öz dünyasına saldı. Bitirəndə təsirindən çıxa bilmədim.
Bu ilki tətildə oxuduğum ən yaxşı kitablardan biri oldu. Hər kəsində oxumağını tövsiyə edirəm.
Bu qədər çox bəyənəcəyimi özümdə gözləmirdim, sözün əsl mənasında mükəmməldir.
Çoox bəyəndim, heyranlıqla oxudum.
Kitab müasir bir romandır və mədəni kimlik, mənsubiyyət və sosial dəyişiklik mövzularından ustalıqla bəhs edir. Hekayə, qəhrəmanın Qərb həyat tərzi ilə öz köklərinə qayıtması arasında ilişib qaldığı emosional daxili münaqişəni təsvir edərkən oxucuları qlobal siyasətin mürəkkəbliklərini şübhə altına alır. Həmidin səlis üslubu və personajlar arasındakı dərinlik bu romanı təsirli və düşündürücü edir, immersiv oxu təcrübəsi təqdim edir.
Əsər Möhsün Həmidin siyasi və şəxsi kəşfləri haqqında heyrətamiz hekayəsidir.Roman baş qəhrəman Çingizin Amerika arzusu ilə Pakistanlı kimliyi arasındakı ziddiyyətləri araşdırır.Kitab boyu Həmid qlobal siyasi hadisələri və fərdin şəxsiyyət axtarışını məharətlə birləşdirir. Çingizin daxili konfliktləri və hadisələr vasitəsilə verdiyi mesajlar oxucunu düşündürməyə və sorğulamağa sövq edir.Həmidin səlis üslubu və dərin hekayəti kitabı insanları müasir dünya və şəxsiyyətin kimliyi haqqında düşünməyə sövq edən, mühüm əsərə çevirir.

Çox çox maraqlı əsərdir. Yorulmadan, həvəslə oxudum
Belə maraqlı kitabları oxuyanda mən ədəbi istirahət etmiş oluram. Ruhum dincəldi rəsmən. Zövə alaraq oxuduğum kitab oldu
Mohsin Hamidin kitablarını böyük maraqla oxuyurum. Müəllif bu dəfə də yazıb, yaradıb. Sözün əsl mənasında yaradıb.👍👍📚📚 '' Çingizin'' başına gələnlər, sevdiyi qadına görə yaşadığı ölkəni tərk etməsi təsirli bir həyat hekayəsidir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar