Sizin səbətiniz boşdur

Dəniz duası

Müəllif: Xalid Hüseyni

Mövcuddur

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.

.

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * "Özün götür" xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
ISBN: 9789952365856

Ay işığına bələnmiş dəniz sahilində səhərin açılmasını və qayığın gəlməsini gözləyən bir ata uyumaqda olan körpə oğlunu əzizləyir, nəvaziş göstərir. Ötüb keçən uzun yay günlərini, Suriyadakı baba ocağındakı evlərini ona xatırladır, həyətdə sübhün havasında titrəyən zeytun ağaclarının xışıltısını, keçi mələrtisini, mətbəxdən gələn qab-qacaq səslərini yada salır. Nigaran ata yatan oğluna Homs şəhərinin qarışıq, izdihamlı küçələrini, məscidini, bazarını xatırladır, sonra bomba səslərindən baş götürüb qaçdıqlarını nağıl edir.
Gün doğandan sonra evlərindən didərgin düşmüş o insanlar götürə bildikləri pal-paltarları ilə yeni sığınacaq, təzə məskən axtarışında qorxunc dəniz səfərinə çıxacaq.


Xalİd Hüseynİ dünyada ən çox oxunan və sevilən müəlliflərdəndir. Onun “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi” kitabları bütün dünyada 55 milyon tirajla satılmışdır. O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən “Xalid Hüseyni” qeyri-kommersiya fondunun təsisçisidir. Əfqanıstanın Kabil şəhərində anadan olub, hazırda ABŞ-ın Şimali Kaliforniya ştatında yaşayır.

Məhsulun kodu: 9789952365856
Метка: Bestseller
Janr: Müasir nəsr
Nəşriyyat: Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild: Bərk
Çəki, g: 450
Müəllif: Xalid Hüseyni
Səhifə sayı: 48
dil: Azərbaycan

şərhlər5

Xalid Hüseyninin novbeti kitabı,yenede gozlediyim qeder maraqli oldu
Bu kitabi alarken xalid huseyniden en azi 300-400 sehifelik bir roman gozlemeyime baxmayaraq kitabin 40-50 sehife olmasi meni cox teeccublendirdi.Amma yene de bu kitabi oxudum ve bu qerara geldim ki, dogrudur, bu kitab cox az sehifeli ve sixici bir kitab olaraq gorunse de bu kitabi xalid huseyninin diger 3 kitabi kimi olmasa da bu kitabi da bir baximdan beyendim, cunki kitabi oxuyarken muharibe zamani Araliq deniziyle ailesi ile birlikde qacan 3 yasli Alan Kurdinin denizde bogulmasindan sonra ailesinin hiss ede bileceyi seyleri dusundum ve bu kitabin movzusu heqiqeten de mene cox tesir etdi.atasinin ovladi ucun etdiyi dualar...Hetta , Xalid Huseyni usagin adini eserde Mervan olaraq qeyd etmisdir. Belke, de bunun sebebi menim hedsiz derecede duygusal oldugum ucun ola biler. Amma yene de kitabin bir menfi yanini demeden kece bilmeyeceyem. Belke de, kitabin hecmi biraz da boyuk olsaydi hadiseler haqqinda etrafli melumat verilseydi bas veren muharibe haqqinda etrafli melumat verilseydi kitab daha da cox sevilerdi ve maraqla qarsilanardi. Belke de, bu kitab Xalid Huseyninin ilk kitabi olsaydi indi satildigi qeder bele satilmayacaqdi cunki eserin hecmi heqiqeten de cox qisadir. Belke de hele bu kitabin oxucular terefinden siixci gorulmesine baxmayaraq hele de satilmasinin esas sebeblerinden biri de Xalid huseyninin evvelceden yazdigi uc eded bestsellerinin onu cox tanitmis olmasidir ve tebii ki de bu 3 eded bestselleri oxuduqdan ve anlamini derk etdikden sonra, oxucunun bu eserleri beyenmesi ve yazicinin yeni nesr edilen eserini sebirsizle oxumagi gozlemesidir
48. Əgər mənim hazırda əlimdə tutduğum kitab bu kitabdırsa, 48 səhifədir ümumilikdə.
Sizde Qacə şah kitabi var ?? Varsa zehmet olmasa xeber edin eleqe nomrelerivize zeng edrem cavab veren yoxduu???
Salam deyrler 45 sehfelikdi bu kitab düzdümü??

Oxşar məhsullar

(6)
Yumşaq
Aleksandra Kavelius
5%
12 AZN
11.40 AZN
Yumşaq
Xalid Hüseyni
20%
9.99 AZN
7.99 AZN
Yumşaq
Xalid Hüseyni
20%
10.99 AZN
8.79 AZN
Yumşaq
Xalid Hüseyni
20%
10.99 AZN
8.79 AZN