Toy ərəfəsində olan gənc Nərminlə nişanlısı Fərhadın qəfil ayrılığı silsilə qətllərlə müşayiət olunur. Əvvəlcə Fərhadın özünün qəzaya düşərək ölməsi xəbəri yayılır. Dalınca Nərminin anası öldürülür. Sonra gənc bir qadın... Daha sonra tanınmış bir həkim... Qatil öldürdüyü adamların ovcunda Nərminə sevgi məktubu göndərir. Beləliklə, şübhələr qəzada öldüyü ehtimal olunan Fərhadın üzərində cəmləşir. Belə bir vəziyyətdə cinayət-axtarış şöbəsinin rəisi İmran bəy işə başlayır. Nərmin də anasının qatilini tapmaq və ətrafındakı müəmmanı çözmək üçün ona yardım edir. Lakin iş getdikcə çətinə düşür. Hətta İmranın hüquq-mühafizə orqanlarından kənarlaşdırılması ilə nəticələnir. İnadkar qəhrəman isə geri durmur. İşi sona çatdırıb qatili yaxalayır. Kitabda maraqlı detektiv süjet qarışıq sevgi münasibətləri ilə çarpazlaşaraq mürəkkəb bir düyünə çevrilir. Finala doğru bu düyün açılır və hər şey oxucu üçün aydınlaşır. Lakin heç kimin gözləmədiyi qeyri-adi bir sürprizlə...
Məhsulun kodu:2000923377508
Janr:
Detektiv
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mürşüd Mehdi
Səhifə sayı:
400
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər12
Kitabı məndə bəyəndim. Təşəkkür edirəm sizə, Alı və Nino komandası.
Sizin online səhifəni tez-tez izləyirəm və yeni kitablar, maraqlı məhsullar haqqında məlumat əldə edirəm. Kitab haqqında yazılmış annotasiya mənim marağımı cəlb etdi deyə sifariş etdim. Hər zamankı kimi yüksək səviyyədə xidmətlə rastlaşdım. Kitab isə həqiqətən superdir. Düzdü hələ bitirməmişəm, amma qətiyyən yorucu əsər deyil. Oxumağa dəyər.
Göstərdiyiniz xidmətdən razı qaldım, təşəkkür edirəm sizə. Kitabımı da oxumağa bağlayıram, olduqca maraqlıdır.
Mohtewem eserdir. Hazirda oxuyuram
Hal hazırsa oxuduğum kitabdır. Maraqlı olduğunu düşünürəm.
Çox maraqlı əsərdir. Heyranlıqla oxudum.
Möhtəşəm bir romandır. O qədər axıcı və maraqlı formada qələmə alınıb ki, kitabdan ayrıla bilmirəm. Hadisələr məni öz dünyasına apardı. Oxuduqca bundan sonra ne olacaq deyə aravermədən oxumaq istəyirəm. Əladır.
Yeni nəşrləriniz mənimdə xoşuma gəldi. Hələlik iki kitab sifariş vermişəm. Onları oxuyum, başqalarıda var nəzərimdə sifariş verəcəm yenədə.
Mən oxudum, çox bəyəndim. 👍👍👍
Mən məsləhət görərdim ki, bu kitabı gecənin sakitliyində oxuyun. Nəfəs-nəfəsə oxuyuram hal hazırda. Gizəlmi hekayəsi var kitabın.
Əsərdə nəfəs kəsən dedektiv səhnələr var. Amma final daha da möhtəşəm sonlalır. Mən çox oxuyuram dedektiv janırda kitablar. Son oxuduğum bu kitab dəhşət maraqlı oldu.
Yeni Azərbaycan nəşrlərinizi bəyəndim. İstədiyim kitabları sifariş verdim.
şərhlər12