"Mənim adım Nucuddur. Yəmənin ucqar kəndində anadan olmuşam. On yaşım var - ən azından, anam belə düşünür. Bizim ölkəmizdə kəndlilərin pasportu olmadığından heç kim yaşını dəqiq bilmir. Doqquz yaşım olanda yaşca məndən üç dəfə böyük kişiyə zorla ərə verildim. Həyatım zorakılıq və döyülmə çarxına çevrildi. Sonra bir səhər qərar verdim ki, daha bəsdir – evdən çörək almaq üçün çıxdım və kiminsə mənim əhvalatımı dinləyəcəyinə ümid edərək məhkəməyə getdim."
10 yaşlı balaca Nucudun böyük mübarizəsi ilə tanış olmaq üçün bu kitabı oxuyun.
Bu kitab çirkin adətlərə qarşı çıxmağa cürət etmiş azyaşlı qızın böyük faciəsindən və həm də böyük, mübariz ruhundan bəhd edir.
Fransanın məşhur “Le Figaro” qəzetinin müxbiri, “Albert Londr” mükafatının sahibi Delfin Minui on yaşlı sadəlövh, lakin son dərəcə cəsur qızın mübarizəsini qəhrəmanın dilindən avtobioqrafik əsər kimi qələmə alır. Bu kitabda Nucud başına gələnləri öz uşaq dilində, ürəkparçalayan səmimiliklə nəql edir.
Onun üçün hazırlanmış taleyin ziddinə getməyə cəsarət tapmış Nucud Əlinin qələbəsi itirilmiş uşaqlığını geri qaytarmasa da, zorla ərə verilmiş minlərlə gənc qıza ümid bəxş edir.
Məhsulun kodu:9789952558104
Janr:
Roman
Nəşriyyat:
Qədim Qala
Cild:
Yumşaq
Müəllif:
Nucud Əli, Delfin Minui
Səhifə sayı:
151
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər7
Kitab əladır.
Bütün qadınlara, gənc qızlara bu kitabı oxumağı tövsiyə edirəm. Güc verə bilən romandır.
Əsər çox təsir etdi mənə. Kitab mənə o qədər maraqlı gəldi ki, bir nəfəsə oxuyub bitirmək istəyirəm. Hadisələrin sonu məni çox maraqlandırır. Nucudun iradəsi, əzmi məni heyran etdi. Oxuduqca ondan güc aldım. Hər kəsə oxumağı tövsiyə edirəm.
Bu gun oxuyub bitirdim. Nəfəs kəsən əsərdir. Mütləq oxumalısınız!
İki gün əvvəl alinino onlayn mağazasından Xaçmaz rayonuna kitab zakaz verdim. Bu gün səhər götürmüşəm kitabımı. Gecikdirmədən göndərdilər. Sağ olsunlar.
Əslində bu romanın qəhrəmanı olan "Nucud"un acınacaqlı həyatına bənzər faciyələr yaşayan qızlar çoxdur. Roman olaraq çox təsirlidir. Bir yanda da qız övladlarını erkən evliliyə sürükləyən valideyinlərin ibrət götürməli oduğu əvəz olunmaz bir kitabdır.
Eser heddinden artiq tesir eledi mene. Bu qizin taleyini yasamaq cox cetindir. Kitabin keyfiyyeti de xosuma geldi
şərhlər7