Müriel Barberinin "Kirpinin zərifliyi" romanı bir-birini tanımayan, ancaq həyatın birləşdirdiyi üç insanın hekayəsini danışır.
Zəngin bir ailənin on üç yaşlı ağıllı və savadlı qızı... Fəlsəfəyə
aid əsərlər oxuyan, Motsartı dinləyən, əsl kimliyini çalışdığı
kompleksin bütün sakinlərindən gizlədən yaşlı qapıçı
qadın... İllər sonra Parisin dəbdəbəli komplekslərindən birində
məskunlaşan varlı bir yapon... Bu üç bir-birindən fərqli insanı
birləşdirən ümumi cəhət var... Amma nədir? Təsadüfən
bir-birini tapan bu üç insanın həyatında nə dəyişir?
Bəzən bir insan həyatımıza günəş tək doğur. Qaranlıq həyatımızı
aydınladır. Gözlərimiz bu aydınlıqdan qamaşarkən bizi
təqib edən o qaranlığı unudub özümüzü günəşin ağuşuna atırıq