Altı yaşlı Kiyanın anası evi tərk edir. Bir müddət sonra bacı və qardaşları da gedir. Kiya sərxoşluq edən atası ilə qalır. Çox keçmir atası da yoxa çıxır. Kiya təkliyin ağuşuna yuvarlanır. O, çox çətinliklə böyüyür. On beş yaşına çatanda qardaşının uşaqlıq dostunu sevir. Lakin oğlan universitetə qəbul olanda qızı tərk edir. Şəhərdə yaşayan başqa bir oğlan Kiyanın saflığından istifadə edib onu aldadır. Lakin həyatın acı sürprizləri yenə də sona çatmır. Kiyanın yolu həbsxanalara düşür. Bəs sonra? Bütün bu ağrı-acılar bir gün yekunlaşırmı? Kiya sonradan ilk sevdiyi oğlana necə qovuşur? Bəs ondan ömür boyu gizlətdiyi sirr nədir?
"Bataqlıq qızı" romanı öz ekranlaşdırılması ilə də minlərlə izləyicinin marağını çəkdi.
ISBN:
9789952382761
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Delia Ovens
Səhifə sayı:
432
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 13
Vəliyeva Nəzakət
14.11.2024 в 21:06
Obrazların həyatına tamamilə dalıb getdim. Hər şey çox təbii və inanılmaz dərəcədə təsirli idi.
Fidan
21.10.2024 в 19:24
Mən bu kitabı təsadüfən aldım, amma həyatımda oxuduğum ən təsirli hekayələrdən biri oldu. Dərin və ürək açan bir hekayə idi.
Solmaz
03.01.2024 в 01:48
Ecazkar bir əsərdir, oxuduqca adamı özünə çəkir .
Rəvanə
10.12.2023 в 21:41
Filmini izləmişdim çox xoşuma gəlmişdi, indi də əsəri oxuyuram, çox bəyəndim. Çox axıcı və maraqlı romandır.
Nəcibə
09.12.2023 в 21:37
Adamı özünə cəzb edən ecazkar bir romandır. Oxuduqca oxumaq istədim. Kiyanın həyatı, yaşadıqları məni həvəslə oxumağa vadar etdi. Oxumamısızsa mütləq oxuyun 👍.
Xədicə
05.12.2023 в 22:42
Çox çox maraqlı əsərdir. Filminə də mütləq baxacam.
Sveta
04.11.2023 в 15:39
Çox çox maraqlı romandır. Bir nəfəsə oxudum desəm yeridir. Kiyanın həyatı həm də düşündürdü məni. Filminə də mütləq baxacam.
Sabina
24.10.2023 в 10:49
"Bataqlıq qızı" Kiyanın acınacaqlı həyatından bəhs edən filmi izləmişdim. Amma kitabı oxumamışdım. Mən deyərdimki filminə baxmadan öncə mütləq əsəri kitabından oxuyum. Hər səhifəsində həyacan artır. Kiyanın keşməkeşli ağır həyatının sonunu bilmək üçün bir gecə səhərə kimi oyaq qalıb bu kitabı oxumuşam.
Hicran
30.05.2023 в 16:43
Kiyanin başına gələnlər,yaşadığı hadisələr çox təsirləndirdi məni.Yasadıqları hecdə asan deyil.Həmcinin çox təsirli də yazılıb.Elə həvəslə oxumuşam ki,kitabı iki günə bitirmişəm.Oxumaga dəyər 👍
Züleyxa
04.05.2023 в 23:54
Filmine baxmışdım çox xoşuma gəldi.İndi də kitabını oxuyuram.Həm filmi,həm də kitabı da mükəmməldir.Hətta kitabı oxuduqca özümü hadiselerin içində təsəvvür edirdim.
Oxumağa öyrəşdiyimiz romanlardan tamam fərqlidir.Həqiqətən çoox təsirli,möhtəşəm bir romandır.Oxuduqca oxumaq istəyirəm.Uzun zamandır belə ecazkar kitab oxumamışdım,kitabı əlimdən qoya bilmirəm
Huseyn
22.11.2022 в 00:13
Salam .bu kitaba tezliklə yazirsiz .ama men bu gün sizin mağazalardan birinden almışam.xaiş edirəm belə şeylərə diqqət yetirsəniz yaxşı olar.öncədən təşəkkürlər