Bizim həyat tərzi planlayıcımız : A5 ölçüsündə, tarixsiz , yüksək keyfiyyətə məxsus kardon cildli plannerdir. Bu özəl səhifələrdə : günlük və həftəlik planları , məqsədləri , notları , sevdiyiniz mahnıları , kitabları , filmləri hətta xərclərinizi , gəlirlərinizi , səyahətlərinizi və ən özəl anlarınızı qeyd edə bilərsiniz . Həmçinin planner sahiblərinə özəl rutinlər , sağlam qidalanma və idmanla bağlı səhifələr də var .Yəni bu planner sadə vərəqlərdən ibarət deyil həm də insanların həyat düzənləyicisi və motivasiyalarla dolu xatirə dəftəridir. Bu planner insanlara daha disiplinli və planlı olmağın motivasiya və əyləncə ilə yəni çətinliklə yox zövq alaraq da mümkün olduğunu göstərmək üçün nəzərdə tutulmuşdur .
şərhlər0
şərhlər