Beləliklə, SSRİ ərazisində dünya fəlsəfi fikrinin demək olar ki, bütün qollarını, bütün
şaxələrini, bütün məktəb, nəzəriyyə və konsepsiyalarını əks etdirən ilk bioqrafik lüğət və
antologiya hazırdır. Müəllifin son iyirmi illik həyatı demək olar ki, bu kitaba həsr olunmuşdur.
Əlisa Nicatın "Müdriklik məbədi" adlı bu kitabını diqqətlə oxuyan və mənimsəyən filosof, müəllim, tələbə, siyasi xadim və sadə oxucu bu və digər dərəcədə demək olar ki, bəşəriyyətin böyük dühalarının 2500 il ərzində nə düşündüyünü biləcəklər.