O, Aristotel metafizikası əsasında xristian
ideologiyasını qurdu. Bu səbəbdən xristian fəlsəfəsinin
banilərindən sayılır. Din ilə fəlsəfənin
münasibətinə dair mülahizələri əsrlər boyu Avropa
fikir tarixində hakim düşüncələrdən olub.
Onun fəlsəfəsinə neoplatonizmin də ciddi təsiri
vardır. Əsas fəlsəfi prinsipi din və zəkanın
ahəngdarlığıdır: zəka iradədən yüksəkdir və
həyatda Allahı dərk etməkdən daha mühümdür,
bütün mövcudat Allahın yaratdığı iyerarxiya
qaydasına tabedir.
Söhbət sxolastik fəlsəfənin ən görkəmli nümayəndəsi
Akvinalı Tomasdan gedir. O, 13-cü
əsrdə yaşayan italyan filosofdur. Gənc yaşlarında
Dominikan cəmiyyətinin mənsublarından
olub. Əsas əsərləri “Bütpərəstlər əleyhinə külliyyat”
və “Teologiya külliyyatı” hesab olunur.
Bu kitabda siz ölümündən üç əsr sonra kilsə
atası elan olunan Akvinalı Tomas ilə yaxından
tanış olmaq fürsəti qazanacaqsınız.
ISBN:
9789952383980
Janr:
Bioqrafiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Pol Stretern
Səhifə sayı:
80
Dil:
Azərbaycan
Seriya:
90 dəqiqə
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Kitabı çox möhkəm paketləmişdilər. Uzun yol gəlməsinə baxmayaraq, heç bir zədəsi yoxdur. Komandaya eşq olsun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar