Gürcü yazıçının əsəri Norveçə səyahət haqqındadır. Əslində, bu “səyahət” əsl səyahətdən xeyli əvvəl başlayıb. Müəllif bədii kitablardan aldığı uşaqlıq təəssüratları ilə o yerlərin xəyalını qurub. Kitabı təxəyyüllə gerçəkliyin müqayisəsi ərsəyə gətirib. Xatirələr və real təəssüratlar Norveçlə Gürcüstanı birləşdirib. Norveç dağlarında, komalarında yazılan, bu möhtəşəm Skandinaviya ölkəsinin ədəbiyyatından, təbiətindən və insanlarından bəhs edən əsər oxucuya vazkeçilməz duyğular yaşadır.
Üstünlüklər:
Məncə yaxşı bir kitabdır Norveç haqqında böyük məlumat verir, Norveçin təbiəti insanları haqqında məncə almağa dəyər mən Black Friday olan vaxtı almışdım 2 manata çox sərfəli idi
Mətni nəzərdən keçirin:
Çox maraqlıdır
Sizdə xidmət çox sürətlidir və hər zaman müştəri məmnuniyyəti əsas tutulur. Çox razıyam.
Bu kitabı oxuyanda sanki Norveçin səssiz dağlarında gəzirdim. Hər səhifə təbiətin gücünü, insanla təbiət arasındakı bağları hiss etdirirdi. Yazıçının təsvirləri o qədər canlı idi ki, gözümün önündə fiyordlar, meşələr canlanırdı. Kitabı bitirəndə təbiətə daha çox yaxın olmaq və onun qiymətini bilmək istədim. Kitab oxumağı sevən hər kəsə salamlar!