Leş Kələntər qeyri-qanuni yolla külli miqdarda pul və qızıl yığıb. Bir gün onun oğlu Zaur seyfdəki pul və qızıllarla birlikdə yoxa çıxır. Ölkəni bir-birinə vuran bu cinayət hadisəsi adam oğurluğudurmu, yoxsa sadəcə talançılıq? Sualın cavabını tapmaq heç cür mümkün olmur. Hətta hadisədə iştirak edənlər tutulub istintaqa cəlb edilsə də, sirlər çözülmür. Kimin günahkar, kimin günahsız olduğunu dəqiq bilən yoxdur. Belə bir vəziyyətdə uzun müddət hüquq sistemindən aralanan təcrübəli vəkil David işə qarışır.
Hadisələr çözüldükcə oxucu bütün qaranlıq məqamlardan hali olur. Sonluq isə əsl sürprizə çevrilir.
ISBN:
9789952384918
Janr:
Detektiv
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Adəm Məmmədov
Səhifə sayı:
207
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 6
Əsl sürpriz dolu bir kitab! Bütün kitab boyu sirri çözməyə çalışdım, amma müəllif məni təəccübləndirməyi bacardı.
Əsər çox təsirli və maraqlı idi. Müəllifin dili çox axıcıdır, kitabı birnəfəsə oxudum.
Kitabı oxuyarkən heç darıxmadım. Hər anı maraqlı və həyəcanlı idi.
Əsər məni çox təsirləndirdi. Süjet çox maraqlı və hadisələrin inkişafı çox dinamikdir. Əsərin real hadisələr əsasında yazılması isə mənə daha çox təsir etdi .
Romanın məzmunu çox zəngindir. Hər səhifəsində yeni bir sirr açılır. Oxumağa dəyər.
Oxumağa başlayanda ilk səhifələrdə düsünürdüm ki əsərin ən maraqlı məqalmarı bu səhifələrdədi. Amma kitabın sonunda müəllif hadisələri elə dəyişirki oxuyub bitirdikdən sonra deyəcəksizki ən maraəlı hissəsi sonda imiş. Mən qəhrəmanların adlarının, ləqəblərində çox uyğun seçildiyini düşünürə.
Bənzər məhsullar
Bununla birlikdə alırlar