Çünki sevsǝm, anlasam, o zaman bağışlaya bilǝrǝm.
Sevmǝk, bağışlamaq, unutmaq ǝn böyük azadlıqdır.
Sevmǝk bǝzǝn vaz keçmǝkdir. Panda Pan hamıdan küsmüş vǝ üzü meşǝyǝ sarı çıxıb getmişdi. Yolda öz-özünǝ deyirdi: “Mǝnǝ niyǝ demǝmisiniz eee. Mǝn dǝ sizinlǝ gedǝrdim. Gedǝndǝ nǝ olur ki?! Mǝn sizi o qǝdǝr yerǝ çağırmışam ki. Çağırsaydınız, nǝ olardı. Yerinizi dar elǝmǝyǝcǝkdim ki. Günǝşinizi ǝlinizdǝn almayacaqdım ki…”
Ürǝyinǝ xal düşmüş Pan yolda Alma ağacı ilǝ rastlaşır. Uzun-uzun onunla söhbǝt edir, almalarından yeyir, budağına çıxır, yıxılır, tǝzǝdǝn çıxır, belǝcǝ, ürǝyi saflaşır, üzü gülmǝyǝ başlayır. Alma ağacı bu vaxt Pana mühüm hǝyat dǝrslǝri verir, onun üçün yeni üfüqlǝr açır.
“Panda Pan vǝ Alma ağacı” bağışlamağın, barışmağın kitabıdır. Amin bu dǝfǝ içimizdǝ yığılıb qalmış qǝrǝzi, “bağışlamamaq” inadını qǝlbimizdǝn silib-süpürmǝyin yollarını göstǝrir, sınmış qǝlbin dost sevgisi ilǝ yenidǝn necǝ canlanacağını nümayiş elǝtdirir.
ISBN:
9789952849431
Janr:
Uşaq ədəbiyyatı
Nəşriyyat:
Simurq Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Amin Sükut
Səhifə sayı:
72
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
250
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar