Dükan pəhrizi ” dünyada № 1-dir! Doktor Pyer Dükan isə cəmisi 4 mərhələ ərzində arıqlama və itirilmiş çəkilərin stabilləşdirməsi üçün nadir proqramı işləyib hazırlamış ən məşhur fransız diyetoloqudur. Onun bu metodu vasitəsilə Karl Laqerfeld, Cenifer Lopez, Penelopa Krus və Jizel Bundxen artıq çəkilərindən azad olub.
Doktor Dükan insanların yeməkdən həzz alma ehtiyacı hiss etdiklərinə və pəhrizin bu tələbatı ödəməli, bu zaman əldə olunmuş nəticənin stabil qalmasını təmin etməli olduğuna inanır. Məşhur diyetoloqun yeni kitabında siz, sizə məmnunluq verəcək, ruh yüksəkliyi yaradacaq, sevimli yeməklərinizdən məhdudiyyətsiz dadmaq imkanı bəxş edəcək 350 yemək resepti tapacaqsınız: pelmenlər, pizzalar, sendviçlər, nuqqetslər, cürbəcür salatlar, raqu və şorbalar, zərif desertlər, maraqlı souslar – bütün bunlar sizin üçün Dükan pəhrizi ilə əlçatandır. Reseptlərdə istifadə olunmuş bütün ərzaqları bazarlardan əldə etmək mümkündür. Bu kitabdakı 350 resept – sizin ideal bədən quruluşunuza gedən asan və dadlı yolu təmin edir.
ISBN:
9789952363838
Janr:
Tibb, sağlamlıq
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Pyer Dükan
Səhifə sayı:
400
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Hal-hazırda 78-ci səhifədəyəm və buraya qədər hər şey çox axıcıdır. Hər bir detal incəliklə yazılıb, bir dənə də olsun hərf səhvinə rast gəlmədim. Redaktəsi mükəmməl şəkildə aparılıb, bu da oxucu kimi məmnun edir.
Bənzər məhsullar