Kitabda serebral iflic, onunla yaşamaq, ağırlaşmaların qarşısını almaq və digər vacib məqamlar haqqında yetərincə məlumatlar verilib. Maarifləndirmə xarakteri daşıyan kitabda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası prosesi ilə bağlı önəmli məqamlar və tövsiyyələr də qeyd olunub.
Bu kitab ailələrin hər gün qarşılaşdığı çətinlikləri, o cümlədən serebral iflicli uşağa lazım olan duruş və hərəkətləri öyrətmək, özünəqulluq bacarıqlarını inkişaf etdirmək, skeletdə yaranan deformasiyaların qarşısını almaq kimi müxtəlif problemlərin həlli yollarını göstərmək üçün köməkçi vasitədir. Bu uşaqların
düzgün qulluğa, müalicəyə və cəmiyyət üçün faydalı bir şəxsiyyət kimi yaşamağa hüququ vardır. Onlara yardım etmək, həyatını yaxşılaşdırmaq, problemlərini yüngülləşdirmək insanlıq borcumuzdur.