Böyük gürcü şairi Şota Rustavelinin XII əsrdə qələmə aldığı “Pələng dərisi geymiş cəngavər” (gürc. ვეფხისტყაოსანი) poemasının əsasını, tədqiqatçıların fikrincə, IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştunun yazdığı “Şan qızı dastanı” təşkil edir. Uzun müddət əlyazma şəklində yayılan əsər ilk dəfə 1712-ci ildə gürcü çarı VI Vaxtanqın, sonra İ.Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının təşəbbüsü ilə çap olunub, daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanıb, 1951-ci ildə yenidən nəşr edilib. Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda – Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qəhrəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudiyyəti yoxdur.
ISBN:
2001258064637
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Şota Rustaveli
Səhifə sayı:
384
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 2
Kitabın məzmununu çox bəyəndim və oxumağa başladıqdan sonra əlimdən buraxa bilmədim. Xidməti də çox sürətlidir.
Kitabın mövzusu çox maraqlı və düşündürücüdür. Hekayəni oxumağa başladığınız andan sizi də cəlb edəcək.
Bənzər məhsullar
Bununla birlikdə alırlar