Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Rəzalətin son həddi" əsərində hadisələr keçmiş sovet ölkələrinin birində baş verir. Baş nazirin müavini öz kabinetində ölür. Hökumətdə böyük nüfuz sahibi olan məmurun ölümü o qədər gözlənilməz və müəmmalı olur ki, çoxlarında sui-qəsdə dair şübhələr yaranır. Mərhumun yaxınları öz şübhələrini təntənəli dəfn mərasimindən dərhal sonra dilə gətirir, bu qəfil ölümün səbəblərini üzə çıxarmağa çalışırlar. Onların şübhələri tezliklə öz təsdiqini tapır. Amma ortaya çətin suallar da çıxır. Nazirlər Kabinetinin binasında az qala hər addımbaşı təhlükəsizlik kamerası quraşdırılıb. Baş nazirin müavininin çoxsaylı köməkçiləri və katibələri var. Kənar adamların bu binaya girməsi qəti qadağandır... Yaxşı, bəs mühüm post tutan məmuru necə zəhərləyə biliblər, qatil onun ciddi şəkildə qorunan və daimi nəzarət altında olan kabinetinə necə girib? Dronqo bu suallara cavab tapmalıdır...
Məhsulun kodu:9789952310696
Janr:
Detektiv
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Çingiz Abdullayev
Səhifə sayı:
264
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər3
Çingiz Abdullayev bütün əsərlərində həyatın dərin mənalara malik olduğunu və hər bir insanın öz yolunu tapmağa çalışmasının əhəmiyyətini vurğulayır. 👍👍👍🫶🫶🫶
Çingiz Abdullayev kitabları mənim rəfimdə olan kitablar arasında ön cərgədə dayanır. Ən çox oxuduğum yazardır!
Detektiv romanları, məntiqi düşüncəni gücləndirir və mənim problem həll etmə qabiliyyətimi inkişaf etdirir.
şərhlər3