"...Bu gün tamaşaçı zalında hökumətin və Prezident Administrasiyasının məsul məmurlarından ibarət böyük nümayəndə heyəti də əyləşmişdi, ən əsası mədəniyyət nazirinin özü də qonaqlar arasında idi. Hamlet və Laert bir-birinə zərbə endirməkdə davam edirdilər. Aktyorların ikisi də döyüşün mümkün qədər təbii görünməsi üçün qılıncoynatma üzrə xüsusi kurs keçmişdi. Hamlet bir neçə zərbə endirdi və Laert ona qəzəblə baxdı. Hamlet qılıncın iti ucu ilə onun köynəyinin qolunu cırdı. İndi Laertin replikası gəlməli idi, lakin Hamletin zərbəsindən qəzəblənmiş rəqib susurdu. Suflyor aşağıdan iki dəfə onun deməli olduğu sözləri təkrar etdi. Ancaq Laert əvvəlki kimi susmaqda idi. Onu qılıncın iti olması özündən çıxartmışdı. Belə qərara gəlmişdi ki, bu, sadəcə olaraq, baş rejissorun ona bildirmədikləri növbəti ideyasıdır və bundan çaşdığına görə öz replikasını deməmişdi..."
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Alqış sədaları altında ölüm" adlı romanında hadisələr Rusiyadakı teatrların birində cərəyan edir.
Şekspirin "Hamlet" faciəsinin bu dəfə real həyatda, özü də birbaşa səhnədə yaşanacağı heç kəsin ağlına gəlməzdi - nə teatr rəhbərliyinin, nə aktyorların, nə də ki, tamaşaçıların... Amma bu faciə yaşanır. Nə qədər inanılmaz olsa da, "Hamlet"də oynayan bir aktyor digərini elə səhnədəcə qətlə yetirir. Tamaşaçılar isə xalq artistinin kralın ölüm səhnəsini həddən artıq teatral və qeyri-adi istedadla oynadığını zənn edib onu alqışlayırlar. Bəs səhnədə əslində nə baş verir? Teatra məxsus rekvizit qılıncı əsl qılıncla kim dəyişmişdi? Hamletin əlindəki qılıncı ona kim vermişdi? Dronqo qatili axtarmağa başlayır, amma elə bu zaman növbəti cinayətlər baş verir...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ISBN:
9789952515497
Janr:
Detektiv
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Çingiz Abdullayev
Səhifə sayı:
240
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 9
Abdullayevin yazı üslubu heyrətamizdir. Kitabın süjeti çox maraqlı idi və məni sona qədər gərgin saxladı.
Oxuduqca özümü hadisələrin içində hiss etdim. Baş verenler mənə çox təsir etdi.
Əsər çox maraqlıdır. Müəllifin üslubu və hekayəsi çox təsirli idi.
Əsərdə psixoloji analizlər və personajların daxili dünyası çox təsirli təsvir edilib. Bu kitab məni çox düşündürdü.
Maraqlı və heyrət dolu bir səyahət. Kitabı oxuyun və peşman olmayacaqsınız!
Özün götür xidmətinizdən istifadə edib, kitabı əldə etdim. Hər bir əməkdaşınızdan razı qaldım
Çingiz Abdullayevin yazdığı əsərlər insanın mənəvi hisslərini və dəyərlərini müzakirə edir. Onun romanları insanı həyatın əhəmiyyətini başqa bir növə dərk etməyə kömək edir.
Həqiqi tarixi faktları fiksiyaləşdirməkdə yaxşıdır və bu da onun əsərlərini özünəməxsus edir.
Əsər müxtəlif qəhrəmanlar və gizlinliklər ilə doludur. Bu halda əsəri oxumaq daha maraqlı gəlir mənə.
Bənzər məhsullar
Bununla birlikdə alırlar