Ədəbiyyat və incəsənət sahəsində özünəməxsus dəsti-xətti olan pedaqoq, yazıçı-publisist, tərcüməçi, rəssam Zahir Məliklinin bu əsəri detektiv janrda deyil, sırf sosial məişət mövzusunda qələmə alınmışdır. Hadisələr birinci şəxsin dilindən nəql edilir və əsərə avtobioqrafik roman əhvalı qatır. Kəskin süjetli əsərdə əsas iştirakçı
müəllif özüdür və hadisələr onun iştirakı ilə cərəyan edir. Milli mentalitet, əxlaq, namus, ailə tərbiyəsi, zərərli vərdişlərin, xüsusilə ifrat alkoqol istifadəsinin acı nəticələri, həsəd və tamahın fəsadları, halal zəhmət və işgüzarlıq ön plana çəkilməklə, əsərdə, əslində, xeyirlə şərin mübarizəsi qələmə alınır. Bu kontekstdə hadisələr sovet, yenidənqurma və durğunluq dövrünü, eyni zamanda, müasir dövrü əhatə edir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “O və yerdə qalanlar”, “Yerlə göy arasında”, “Enmək təhlükəsi”, “Torpağı Vətən edənlər”, “Məhəbbət qürbətə gedərmiş” kitablarından sonra, bu, müəllifin sayca altıncı kitabıdır.
Janr:
Avtobioqrafik roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Zahir Məlikli
Səhifə sayı:
280
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar