Cen Sinseronun “Sən əjdahasan” kitabı həyatını sahmana salmaq istəyən, amma min bir bəhanə taparaq ciddi addım atmayan insanlar üçün nəzərdə tutulub. Biz niyə arzuladığımız həyatı yaşaya bilmirik? Çünki əksəriyyətimiz ilk növbədə başqalarını razı salmağa çalışır, həyatımızı onların prizmasından formalaşdırırıq. Müəllif isə düşünür ki, insan xoşbəxt olmaq istəyirsə sevdiyi işlə məşğul olmalı və özü üçün yaşamalıdır. Cen Sinsero bu kitabda cazibə qanununa və şüuraltı düşüncəyə xüsusi diqqət yetirir, eyni zamanda, oxuculara uğur gətirəcək digər prinsiplərə toxunur. Əmin olun ki, kitabı oxuduqdan sonra pozitiv düşüncəyə sahib olaraq öz hədəflərinizə daha tez çatmağın yollarını tapacaqsınız. Müəllifin də dediyi kimi, unutmayın ki, siz ağzından çıxan sözə və atdığınız addımlara görə cavabdehsiniz, insanların sizin haqqınızda nə düşünəcəyi sizi narahat etməməlidir.
ISBN:
2000923381406
Janr:
Şəxsi inkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Cen Sinsero
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar