Qaradərili olsa da, imkanlı ailədə dünyaya göz açan və tamahkar atasının, sevgidən məhrum anasının himayəsində “yağ içində böyrək kimi” böyüyən, həmyaşıdlarından fərqli həyat sürən Südəmərin ərköyünlüyü get-gedə harınlığa çevrilir... Və xəyalındakı qızıl sorağıyla evlərindən xeyli uzaqlara – dədə-baba yurduna üz tutur. Burada isə gözləmədiyi halda, öz əcdadlarının izlərini aşkarlayır... Heç demə, Amerikanın ayrı-ayrı ştatları da, şəhər-qəsəbələri də, dağ-dərələri də elə onun ulu baba-nənələrinin, mənsub olduğu nəsil-qəbilənin, torpağın adını daşıyırmış... Beləcə, geriyə qızıldan da qiymətli sərvətlə – əcdadları haqqında xatirələr və zatı-kökü haqqında ilginc həqiqətlərlə dönür... Bu onun həyatını büsbütün dəyişir... Və daha çox gerçəkliyə qovuşmaq – gec də olsa, öz kökünə qayıtmaq, əski nəsil-nəcabətinə tapınmaqdan ötrü özünü mövcud ab-havanın ağuşuna atır – həyatı yarıda qırılacaqsa belə... “Çünki o, artıq bilirdi – Şalimarın bildiyini dərk edirdi, Solomonun qayəsini əxz edirdi – yetər ki, özünü havanın ağuşuna verəsən, onda onu fəth edə bilərsən!”
ISBN:
9789952367553
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Toni Morrison
Səhifə sayı:
496
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Kitabı bu saytda görəndə elə bil məni çağırdı. Təxmin edirdim ki, oxusam maraqlı olar, və doğrudan da yanılmadım. Hekayəsi o qədər axıcı və təsirli idi ki, son səhifəyə qədər məni eyni maraqda saxladı.
Mənim çox xoşuma gəldi
Necə də maraqlı əsər idi. Oxuyub bitirmişəm hələdə hadisələrin təsirindən çıxa bilmirəm. Çooxx çooxx gözəl kitabdır. Sizə minnəttaram Qanun və Alinino.
Bənzər məhsullar
Bununla birlikdə alırlar