Kitabda Azərbaycan təhsilinin retrospektiv mənzərəsi əks etdirilmişdir. Müəllif müqayisələrin fonunda qlobal ölçülərə, zəngin beynəlxalq təcrübə nümunələrinə əsaslanaraq, təhsil siyasətinə aid bir sıra aktual məsələləri, bu günün ehtiyaclarını bir vəzifə olaraq ümumiləşdirmişdir. Kitabın üstün cəhətlərindən biri onun sadə, anlaşıqlı dildə, dialoji formada yazılmasıdır. Mətnə daxil edilmiş haşiyələr və “Dərs”lərin sonunda yerləşdirilmiş əlavələr mülahizələrin inandırıçılığını artırmaqla yanaşı, peşəkar inkişafa geniş imkanlar yaradır.
Kitab bütün sosial kateqoriyalardan olan və təhsil problemlərinə maraq göstərən oxuculara ünvanlanmışdır. Yaşından, təhsil səviyyəsindən, peşəsindən və ixtisasından asılı olmayaraq, bu kitabdan hər bir şəxs, xüsusilə təhsil idarəediciləri və təhsil sahəsində çalışan mütəxəssislər, ali və orta məktəb müəllimləri və tələbələr əhəmiyyətli dərəcədə faydalana bilər.
Kitabda əks olunmuş rəylərdən
“Bu kitabla Azərbaycanda pedaqoji ruhda yeni bir yazı ənənəsinin bünövrəsi qoyulur” – Ə. Abbasov, kitabın elmi redaktoru
“... ideyalarının və düşüncələrinin fonunda Asif müəllimin gələcəyə baxışda optimist münasibəti oxucunu inandırır və problemlərin həllinə yönəldir” – M.Vəliyeva, kitabın redaktoru
“Kitabda şərh edilən pedaqoji problemlər zaman və məkan, tarixilik və müasirlik müstəvisində dəyərləndirilir, elmi nailiyyətlərin pedaqoji və sosial dəyərə çevrilməsinin texnologiyası göstərilir” – F. Rüstəmov, pedaqoji elmlər doktoru, professor
“... bu kitab təhsil sahəsində çalışanların hamısı üçün faydalı olmaqla bərabər, təhsilin inkişafında nəzərəçarpacaq əhəmiyyət kəsb edəcəkdi” – H.Əlizadə, pedaqoji elmlər doktoru, professor