Əsərin qəhrəmanı olan gənc öz daxili dünyası ilə onu əhatə edən xarici aləm arasında sıxışıb qalmış və bu təzadın yaratdığı mənəvi boşluqda özünə yer axtarmaqdadır. Cəmiyyətin, hətta ailəsinin düşüncə tərzi , mentalitet və sosial stereotiplər onun özü üçün yaratdığı dünyanın qanunları ilə üst-üstə düşmür. Ailəsindən uzaqda , tək-tənha yaşayan A. bu müddətdə kitablarla dostlaşmış, məşhur yazıçıların yaratdığı personajlarla sirdaş olmuşdur. Bəzən hər hansı bir obrazın xarakterik xüsusiyyətləri ilə öz psixoloji vəziyyəti arasında bənzərlik tapır, bu da onun gündəlik həyatına sirayət edir.
Müəllif qəhrəman üçün xüsusi bir ad seçməyib, onu sadecə "A." adlandırmaqla cismən mövcud olan , lakin ruhən yoxluğa düçar olmuş bir insanın heçliyini nəzərə çarpdırmağa çalışmışdır.