Cəlil Cavanşirin "Gənc şairin dilemması" kitabı monopyes və hekayələrdən ibarətdir.
Qadın təlaşla masaya yaxınlaşanda, üstümə dağılan şəraba fikir vermədən, qələmi çıxarıb avtoqraf yazmaq üçün hazırlaşırdım. Adını soruşmadan bir-iki cümlə xoş söz yazıb, kitabı imzaladım və təbii ki, telefon nömrəmi də imzamın yanına yazmağı unutmadım. Qadın nə işlə məşğul olduğuma fikir vermədən, işini görürdü. Sonra... Sonra hər şey sürətlə inkişaf etdi. Suyuşirin, qısasaçlı qadın cəld şəkildə dağılmış masanı səliqəyə saldı. Əliylə masanın müvazinətini yoxlayıb, masanın hansı ayağının yelləndiyini anladı və mənim nəzakətlə ona uzatdığım şeirmüasir kitabını cəld şəkildə əlimdən qapıb aşağı əyildi və kitabımı masanın yellənən ayağının altına qoydu. Nəfəsimi tutub onu izləyirdim...
ISBN:
9789952385748
Janr:
Müasir nəsr
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Cəlil Cavanşir
Səhifə sayı:
96
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 10
Əbulfətova Firuzə
02.09.2024 в 20:06
Yaratmaq və məhv etmək arasında qalan bir gənc, öz yolunu tapmaq üçün böyük bir mübarizə aparır. Son səhifəyə kimi eyni heyacanla oxudum.
Mənsurə
28.07.2024 в 21:47
Müasir Azərbaycan ədəbiyyatında bir çox mükəmməl əsərlər var, amma Cəlik Cavanşir öz əsərləri ilə həqiqətən fərqlənir. Ədəbiyyatı sevən hər kəsin oxumasını tövsiyə edirəm.
Gülər Cahangirova
22.06.2024 в 19:42
Həftə sonu olmasına baxmayaraq çox sürətli çatdırılma oldu. Kitablar səliqəli paketdə gəldi. Kuryerdə çox nəzakətli biri idi. Xidmətdən məmnun qaldım.
Sənubər
15.05.2024 в 21:17
Məndə bəyəndim, oxumağa dəyər 👍♥️
Şamil
29.02.2024 в 20:50
Kitabın keyfiyyətini bəyəndim. Yazılar aydın çap olunub oxuyanda göz yormur.
Selcan
17.01.2024 в 15:13
Kitablara da enfirim etmeyiniz ürəyimcə oldu. Mütaliyə etməyi sevirəm. Endirimlə alanda sərfəli olur
Kamilə
12.11.2023 в 18:14
İnandırım sizi oxusanız peşman olmayacaəsınız. Mən oxudum bitirdim vaxtvayırmağa dəyər
Fuad Kərəmov
03.11.2023 в 11:15
Əsər, gənc bir şairin yaradıcılıq prosesində yaşadığı iç mübarizəni və fikri dərinliklərini təsvir edir. Şair, öz yaradıcılıq sahəsində ifadə tapan və düşüncələrini mürəkkəb bir üslubla özündə cəlb edən bir dilemması ilə üzləşir. Əsər, şairin daxili dünyasını, ədəbi nüfuzunu və yaradıcılıq və real həyatın qarşısındakı çətinliklərini izah edir. Bu şeir, gənc şairlərin yaradıcılıq sahəsindəki məsələlərinə nəzər salan bir səsdir və onlara yaradıcılıq prosesindəki təhlükəsizliklərini başa düşmələrində kömək edir.
Gülay
30.10.2023 в 15:23
Kitabı bu gün 20 % endirimlə aldım, endirimləriniz istənilən kitabı əlçatan edir. Çox sağ olun. Əsər isə olduqca maraqlıdır, bir neçə səhifəsini oxumuşam, kitab məni özünə çəkir.
Nəcibə
03.09.2023 в 09:40
Cəlil Cavanşirin bir neçə kitabını oxumuşam. Fərqli yazar olduğunu düşünürəm. Bu kitabını da oxuyub bitirdim. Oxumağıma dəydi. Sevimli müəllifim bu dəfə də özünə məxsus qələmi ilə məni heyran etdi.