Luiza Heyin “Vücudunu şəfalandır” əsəri insanın düşüncələri, emosional vəziyyəti, fiziki sağlamlığı arasındakı əlaqəyə həsr olunmuş dəyərli bir özünüdərk və mənəvi inkişaf kitabıdır. Müəllif uzun illər ərzində qazandığı bilik və təcrübəyə söykənərək insanın öz daxilinə üz tutmasının, onu məhdudlaşdıran inancları dəyişdirməsinin və özünə sevgi ilə yanaşmağı öyrənməsinin həyatına necə təsir göstərə biləcəyindən bəhs edir. Kitabda insan həyatında təkrarlanan düşüncə nümunələrinin və inancların təcrübələrimizi necə formalaşdırdığı araşdırılır. Luiza Hey fiziki narahatlıqlarla insanın emosional və zehni dünyası arasındakı əlaqəni anlamağa, köhnə düşüncə tərzini dəyişərək özünə daha anlayışlı və sevgi dolu münasibət bəsləməyə kömək edən praktik üsullar təklif edir. İnanırıq ki, əsər Azərbaycanda da maraqla qarşılanacaq və geniş oxucu auditoriyası qazanacaq.
Janr:
Şəxsi inkişaf
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Luiza Hey
Səhifə sayı:
128
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar