“Vüqar – Alim – On Yeddi”. Bu ad və ləqəblər romanımın qəhrəmanı olan gənc oğlana məxsusdur. Mənim yazdığım bu roman, aldadılaraq radikal dini cərəyanlara qoşulan, gəncin faciəli həyatından bəhs edir.
Eşq və məhəbbət insan həyatında çox böyük təsir gücünə malikdir. Məhəbbətin xəyanətini görən qəhrəmanımın, qisas hissi sayəsində, öz həyatı ilə yanaşı, valideynlərinin də həyatını fəlakətə sürüklədiyini göstərməyə çalışmışam.
Yazdıqlarımla mən islam dinini nə tərif, nə təhqir etmişəm. Böyük dövlətlərin və onların xüsusi xidmət orqanlarının müsəlman ölkələrində, torpaqlarında yaratdığı müharibələrdəki əsas məqsədlərini oxucuya çatdırmaq istəmişəm.
ISBN:
									2001258024631
								Janr:
									Roman
								Nəşriyyat:
									Qanun Nəşriyyatı
								Cild:
									Yumşaq
								Müəllif:
									Məmmədov İlham
								Səhifə sayı:
									184
								Dil:
									Azərbaycan
								Метка:
									Ekspress
								Məhsul haqqında rəylər 1
İlham Məmmədov günümüzdə aktual olan bir prablemə nəzər salıb. Mənim zənnimcə bu səpkidə olan kitablar daha çox yazılmalıdır və daha çox gənc oxucular tərəfindən oxunulmalıdır! Gənclərimiz nə qədər çox mariflənmiş olsalar, radikal dəstələrin tələsinə düşməkdən bir o, qədər də xilas olmuş olarlar! Əziz gənclər, mütləq oxuyun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar