"XOŞBƏXTLİYİN ŞİFRƏLƏRİ" kitabı sağlam və dolğun cinsi həyatın sirlərini sadə və anlaşıqlı dillə təqdim edir.
Öz sahəsində söz sahibi olan müxtəlif mütəxəssislərin - həkim-ginekoloq, androloq, seksoloą, psixoloq, hətta iqtisadçı və sosioloqların mühüm araşdırmalarını əhatə edən kitabda sağlam ailənin təməlləri və seksual münasibətlər elmi, əxlaqi, psixoloji, sosioloji prizmalardan ətraflı təhlil edilərək sistemli və anlaşılan dillə oxucuya çatdırılır. Mütəxəssislər ailədaxili münasibətlərdə tez-tez rast gəlinən problemlərə və doğru bilinən yanlış təsəvvürlərə aydınlıq gətirir, praktik həll yolları təqdim edirlər. Heç vaxt müzakirə edilməyən tabulaşmış mövzular, həmçinin cinsi sağlamlığa təsir edən xəstəliklər, komplekslər və onların müalicəsi barədə də faydalı məlumatlara xüsusi yer ayrılıb.
Kitab subay, yaxud evli olmasından asılı olmayaraq oxucunu daha sağlam və şüurlu münasibətlər qurmağa istiqamətləndirən dəyərli bələdçidir.
ISBN:
9789952558616
Janr:
Psixologiya
Nəşriyyat:
Qədim Qala Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Yaşar Nurullah, Rabiya Nurullah
Səhifə sayı:
224
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar