OXUCULAR QƏRİBƏ PİŞİYİN QORUDUĞU KİÇİK, SƏYYAR KİTABXANA VƏ BU KİTABXANANIN SİRRİNİ AÇMAĞA ÇALIŞAN OĞLANIN MACƏRASINI HƏVƏSLƏ OXUYACAQLAR.
Bir gecə Martinvill adlı kiçik şəhərdə sirli “kitabxana” peyda olur. İri, kürən pişik açıq səma altındakı bu kitabxananın keşiyini çəkir. 11 yaşlı Evan buradan iki köhnə kitabı oxumaq üçün götürəndə həyatının tamamilə dəyişəcəyi heç ağlına da gəlmir. Evan və ən yaxın dostu Reyf bu köhnə kitablardan birinin keçmişdə baş vermiş, böyüklərin haqqında danışmaq istəmədiyi xoşagəlməz bir hadisə ilə bağlı olduğunu öyrənirlər. Onların cavabını axtardığı suallar bütün şəhərin gələcəyini dəyişdirə bilər... Hekayə üç fərqli personajın dilindən nəql edilir: bunlar muzeyin binasında yaşayan “ruh” El, yaşlı (amma yaraşıqlı) pişik Mortimer və Evan özüdür. Rebeka Sted və Vendi Mess tərəfindən qələmə alınmış bu kitab öz həqiqətinə inanmaq, yaşamaq istədiyin həyatı seçmək və faydalı kitabın (və əlbəttə, onu sənə verən kitabxanaçının) insan həyatına təsiri haqqında maraqlı əsərdir.
ISBN:
9789952599848
Janr:
Uşaqlar üçün bədii ədəbiyyat
Nəşriyyat:
3 Alma Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Rebeka Sted, Vendi Mess
Səhifə sayı:
180
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar