Bu kitab təbabət, fiziologiya, psixologiya və olimpiya idmançılarının hazırlığının sirləri sahəsində son kəşflərin sintezidir. Onun müəllifi İshak Pintoseviç dünya səviyyəli keçmiş idmançı, məşqçi, iş adamıdır və məşğuliyyəti olan, vaxtının çoxunu işdə keçirən, özü üçün vacib məqsədlərə doğru can atan və öz qrafikini dəyişmək arzusunda olmayan adamlar üçün unikal proqram hazırlayıb. Proqramın məqsədi onları depressiyadan, xəstəliklərdən və “zədələnməkdən” xilas etməkdir. Bu proqram sayəsində qısa bir zamanda enerjilik səviyyəsini qaldırmaq, sağlamlığı yaxşılaşdırmaq və həyatda şəxsi məhsuldarlığın ən yüksək səviyyəsinə çatmaq olar. Buna görə də İshak Pintoseviçin müştəriləri arasında Delolitte, Danon, Leo Burnett, PSB – Films, MasterCard, “Privat Bank” kimi dünyada ən yüksək nailiyyətlər əldə etmiş məşhur kompaniyalar, eləcə də olimpiya çempionları və şou-biznes ulduzları var.
ISBN:
9789952368239
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
İshak Pintoseviç
Səhifə sayı:
248
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 2
Kitabın hər cümləsi mənə ilham verdi. Hər bir insanın özündə böyük potensial olduğunu xatırlatdı və o potensialı necə ortaya çıxarmaq lazım olduğunu izah etdi.
Bu kitab mənə dostumun hədiyyəsidir. Çox bəyəndim kitabı. Sizə də məsləhət görürəm, 👍👍👍👍. Peşman olmazsınız.
Bənzər məhsullar
Bununla birlikdə alırlar