Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Bu il italyanlar və bütün uşaqlar üçün xüsusi bayramdır!

Bu il italyanlar və bütün uşaqlar üçün xüsusi bayramdır!  İtalyan ədəbiyyatının yetirdiyi görkəmli uşaq nağılçısı Canni Rodarinin 100 illik yubileyini qeyd edirik!

İtaliyada dünyaya gələn Canni Rodari hələ cəmi on yaşındaykən atasını itirir. Çətin və əzablı həyatına baxmayaraq, o, şeirlər yazmağa, musiqiylə məşğul olmağa başlayır. Musiqiçi olmaq Canninin ən böyük arzusu idi.

İkinci dünya müharibəsi onun da vətəninə gələndə musiqi müəllimi olmasına baxmayaraq, Canni faşizmin qanad saldığı ölkəsində bu qəddar rejimin əlehinə çıxan hərəkata qoşuldu. Uzun müddət qəzetdə jurnalist kimi fəaliyyətini davam etdirən yazar daha sonralar bir uşaq qəzetində redaktor kimi çalışdı.  Uşaqlar üçün əsərlər yazmağa da elə həmin illərdə başladı.

1947-ci ildən başlayaraq Rodarinin həyatında ikinci dönəm başlayır. Bu dönəm onun uşaqlar üçün yazıb-yaratması ilə əlamətdardır.  İlk olaraq şeirlər yazan Rodarinin “Şən şeirlər kitabçası”  adlı ilk kitabı 1951-ci ildə işıq üzü görür. Bunun ardınca isə Rodari ona dünya şöhrəti gətirmiş əsəri – “Çipollinonun macəraları”nı yazır. Tezliklə məşhurlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir.

Yazarın ikinci məşhur romanı isə “Celsomino Yalançılar Ölkəsində” əsəridir.  Baxmayaraq ki bu əsər də xeyli maraq və səs-küy gəririr, lakin “Çipollino” qədər şöhrətin zirvəsində yaşaya bilmir.

Bundan sonra bütün yaradıcılığını uşaq ədəbiyyatı nümunələri yaratmağa həsr edən Gianni Rodari bütün dünyada tanınmağa və sevilməyə başlayır.

Beləliklə, bütün uşaqların, eləcə də uşaqlığını onun hekayələri, nağıllarıyla xatırlayan bütün böyüklərin ən sevimli nağılçısına çevrilmiş Canni Rodari 1970-ci ildə dünyanın ən yaxşı uşaq kitabları yazan müəlliflərinin sahib olduğu mükafat – Hans Xristian Andersen mükafatına layiq görülür. Onun əsərləri bu gün də dünyanın hər bir yerində olduqca böyük maraq və sevgiylə oxunur.

Yazarın ən məşhur əsəri olan “Çipollinonun macəraları” “Əli və Nino” və “Qanun Nəşriyyatı”nın birgə təqdimatında tərcümə olunaraq ana dilimizdə oxucuların görüşünə gəldi və böyük rəğbətlə qarşılandı.

Qeyd edək ki, “Çipollinonun macəraları” əsərini bütün “Əli və Nino” mağazaları, həmçinin www.alinino.az saytından əldə edə bilərsiniz.

 

Müəllif: Lalə Rəhmanova